Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 28 iyun - 4 iyul, 2021-ci il
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 28 iyun – 4 iyul, 2021 il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Həftəyə öz tənbəlliyinizi məğlub etməklə başlamalısınız. Uğurlu alınarsa, sizi əla nəticələr gözləyir. Nəhayət, bir çox işlər yerindən tərpənəcək. İşdə vəziyyət kökündən yaxşılaşmağa başlayacaq, gəlirləriniz artacaq, şəxsi həyatınız yaxşılaşacaq və nəhayət, əhvalınız da yüksələcək. Daha aktiv olacaqsınız, yüksəlmək daha asan olacaq.

Buğa - Bu həftə daxilən kamilləşmək və özünüzü inkişaf etdirmək üçün əlverişli bir dövrdür. Bununla birlikdə çox adamlarla ünsiyyət qurmalı olacaqsınız, yeni tanışlıqlar qurula, köhnə əlaqələr bərpa oluna bilər. Çərşənbə günü fəaliyyətinizə müsbət təsir edəcək bir güc dalğası hiss edə bilərsiniz. Cümə axşamı həvəsinizə və ambisiyalarınıza nəzarəti artırın və boş vaxtınızı tək keçirməyə çalışın - oxuyun, musiqi dinləyin. Şənbə günü şəxsi həyatınızla bağlı ciddi qərarlar verməyə tələsməyin.

Əkizlər - Şəxsi həyatınızda əhəmiyyətli dəyişikliklərin vaxtı gəlir və bunların amısı yaxşılığa doğru olacaq. Nə edəcəyinizi bilirsiniz, hədəfinizə doğru gedin və uğur sizi gözləyir. Yeni zirvələri fəth etməyinizə kömək edəcək müxtəlif fürsətlərə sahib olacaqsınız. Tarazlığınızı qorumağa və soyuqqanlı təhlilin köməyi ilə ən yaxşı yolu seçməyə çalışın.

Xərçəng - Qarşıdakı həftə elmi və təhsil fəaliyyəti ilə məşğul olan insanlar üçün daha əlverişlidir. İstənilən elmi imtahandan uğurla keçəcəksiniz və bir çox çətin problemləri həll edəcəksiniz. Ancaq orta miqyaslı bir qalmaqala düşmək istəmirsinizsə, ətrafınızdakı emosional cəhətdən qeyri-sabit insanlardan uzaq durun. Həftənin son günləri gözəl bir istirahət vəd edir.

Şir - Bəxt sizə arxa çevirə bilər. Görünən budur ki, bir çox çətinlikləriniz üst-üstə yığılan yorğunluqdan qaynaqlanır. İşdə ziddiyyətlər yer ala bilər və uzan dəqiqləşdirmələrin tələb olunması  mümkündür. Əmək haqqı və peşə yüksəlişi sahələrində vəziyyətin pisləşməsi təhlükəsi var. Nələrisə dəyişməlisiniz. Bəlkə də tanışlıq dairənizə təkrar baxmağınız lazım gələcək. Özünüzə nəzarəti saxlamaq üçün kiçik bir səyahətə ehtiyac ola bilər. Həftə yeni ideyalar əlverişli bir dövrdür. Lakin bunların icrası hələlik təxirə salınmalı olacaq.

Qız - Əlbətdə özünüzü çaşqınlıqdan qoruyacağınız təqdirdə bu həftə hər baxımdan əlverişli bir dövr olacaq. Bununla yanaşı, ətrafınızda yarana biləcək qarışıqlığa da imkan verməyin. İstirahətə getməyin vaxtı gələrsə, onu aktiv şəkildə keçirtmək daha yaxşıdır. İstirahətdən imtina edib işləməli olsanız, diqqətinizi cəmləşdirməyə və təcili məsələləri başa çatdırmağa çalışın.

Tərəzi – Düşünülməmiş hərəkətlər etməyin, sizin üçün ən rahat olan ritmdə irəliləyin. İndi taktika haqqında çox düşünməyin, yol boyunca siz bir çox yeni qərarlar verməli olacaqsınız. İşlərə çox quru və ciddi yanaşmayın, işinizdə və şəxsi münasibətlərinizdə bəzi əyləncə elementlərinə yol vermək sizə daha çox həvəs verəcək və yaradıcılıq imkanlarınızı açacaq.

Əqrəb - Həftə sizə yeni münasibətlər gətirəcək. Artıq köhnədən yapışmaq mümkün olmadığı aydın olacaq, dəyişikliklərin zamanı gəlib. Sevdiyiniz insan sizə doğru yolu göstərəcək. İşlərinizi sakit və aydın şəkildə yerinə yetirsəniz, bütün planlarınız uğurla tamamlana bilər. Həftənin ikinci yarısında çox şeyə qadir olduğunuzu başa düşəcəksiniz.

Oxatan - Bu həftə dağları yerindən tərpətmək barədə düşünməyin. İndi mübarizə zamanı deyil, şəraitə uyğunlaşmaq daha yaxşıdır. Çərşənbə axşamı qısa səyahətlər uğurlu olacaq və bir çox maraqlı insanlarla tanış olacaqsınız. Yeni bir iş üçün cazibədar təkliflər ala bilərsiniz. Həftənin ikinci yarısında ətrafınızda gərgin emosional fon yarana bilər, amma heç nə sizi təhdid etməyəcək, buna görə də sakit qalmağa davam edin.

Oğlaq - Hər hansı bir məsələdə bir məsləhətçi və ya hər hansı bir fəaliyyət sahəsində bir mütəxəssis olaraq aktiv bir mövqe tutmağa hazır olduğunuz görünür, ancaq ulduz xəstəliyinə tutulma təhlükəniz var. Düşüncə səviyyəsindəki nailiyyətlərinizin praktikada təsdiqlənməsi lazımdır və bunu həftə ərzində etmək imkanınız olacaq. İstirahət günləri ailənizlə birlikdə açıq havada dincəlmək üçün yaxşı zamandır. Dünyada hər şeyə yalnız öz baxışlarınızı tətbiq etməyə çalışmayın, imkan verin, hər kəs istədiyi kimi davransın.

Dolça - Təşəbbüskarlıq və intizam - bunlar vəziyyəti idarə etmək üçün lazım olan keyfiyyətlərdir. Çərşənbə axşamı boşluq axtarmamaq, qanuni yollarla hərəkət etmək məsləhətdir. Bu həftə özünüzü, duyğularınızı idarə etməyi öyrənməli olacaqsınız və bu o qədər də asan olmayacaq. Deyəsən, yaxın insanlar sizdən vacib bir qərar gözləyirlər, onları məyus etməyin.

Balıq - Bu həftə ən çətin, demək olar ki, həlli mümkün olmayan problemləri həll edə biləcəksiniz. Bu, aktiv hərəkət və ildırım sürətli reaksiya vaxtıdır. Enerjinizi israf etməyin, çox danışmayın, sosial şəbəkələrdə asılıb qalmayın. Həftə ərzində maraqlı iş təklifləri alacaqsınız. Sosial həyatın mərkəzində dayanın, ancaq qaranlıq işlərə qatılmayın. Həftə sonu evinizdə gözlənilməz problem və dəyişikliklərlə qarşılaşa bilərsiniz.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »