Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: ""Delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir"
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Koronavirusun "delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç bildirib.

"Delta" ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan - red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər", - Vuynoviç deyib.

"Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır", - o qeyd edib.

"Vaksinləmə üstə gəl maska rejimi, çünki “delta” ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq", - mütəxəssis vurğulayıb.

O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.

"Yalnız ümumi immunitet və davranış dəyişikliyi. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq", - o qeyd edib.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› Gələn aydan Ermənistan Xankəndi sakinlərinə yardımı dayandırır
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
Son xəbərlər
Bütün xəbərlər »