Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda parlament seçkilərinin nəticələrinin təkrar sayılması başa çatıb
seçki

Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin təkrar sayılması üzrə işləri başa çatdırıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, 83 seçki məntəqəsində səsvermənin nəticələri sayılıb, 33 seçki məntəqəsində namizədlərin xeyrinə verilmiş səslərin heç birində dəyişiklik qeydə alınmayıb.

Səslərin təkrar sayılmasında müvafiq seçki komissiyalarının üzvləri, seçkilərdə iştirak edən partiyaların etibar etdiyi şəxslər, kütləvi informasiya vasitələrlərinin nümayəndələri və müşahidəçilər iştirak ediblər.

Qeyd edək ki, müxalifət nümayəndələri seçkilərdə kütləvi qanun pozuntularının baş verdiyini bildiriblər. Onlar nəticələrlə razılaşmadıqlarını açıqlayıblar. Eyni zamanda İstintaq Komitəsi, Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyası qanun pozuntularına yol verildiyini bildiriblər.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »