Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyənin inkişaf tarixində yeni bir səhifə açırıq"
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal İstanbul" Sazlıdərə Körpüsünün təməlqoyma mərasiminə qatılıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu gün vertolyotla Sazlıdərə Körpüsünün inşa ediləcəyi əraziyə gəlib. Vətəndaşlarla söhbət etdikdən sonra mərasimin hazırlandığı yerə gedib.

Tədbirdə Məclis sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, "AK" Partiya sədr müavini Binali Yıldırım, kabinet üzvləri və bir çox siyasi xadimlər də iştirak ediblər.

Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu, Kanal İstanbulun naviqasiya təhlükəsizliyi baxımından Boğazdan 13 qat daha təhlükəsiz olacağını söyləyib.

Təməlqoyma mərasimində çıxış edən Prezident: "Türkiyənin inkişaf tarixində yeni bir səhifə açırıq", -deyib.

"Kanal İstanbul layihəsini 11 il əvvəl millətimizlə müzakirə etdik. Təəssüf ki, Türkiyənin bu dövrdə yaşadığı daxili və xarici çətinliklər üzündən layihənin irəliləməsi bir qədər təxirə salındı. Bu gün layihə çərçivəsində bütün hazırlıqları başa çatdırmaq və ilk körpünün təməlini qoymaq üçün buradayıq", - deyə dövlət başçısı bildirib.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »