Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Qərbə verilən vədin girovuna çevrilib
Nikol Paşinyan

Bu günlərdə Ermənistanda seçkilərdə iştirak etmiş, lakin parlamentə düçməmiş siyasi qüvvələrin nümayəndələri Nikol Paşinyanla görüş keçiriblər.

Virtualaz.org bildirir ki, bu barədə yerli “Past” qəzeti yazıb.

N.Paşinyan deyib ki, hazırda parlamentdənkənar qüvvələrlə əməkdaşlıq üçün format hazırlanır ki, onların da səsi ictimaiyyət üçün eşidilən olsun.

“Görünür, söhbət demək olar ki, ictimai şura kimi, lakin siyasi qüvvələrin iştirakı ilə məsləhətçi funksiyaları daşıyacaq bir siyasi qurumdan gedir. Bu fikir Qərbin maliyyələşdirdiyi dairələr tərəfindən təklif edilib”, - deyə məqalədə vurğulanıb.

Qəzet, hələ may ayının əvvəlində dərc etdiyi məqalələrinin birində yazırdı ki, Nikol Paşinyan Qərbə, xüsusən də ABŞ-a Qərb qüvvələrinin parlamentə düşmələri üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

"Hazırda o, bu problemi hansısa yolla indi hazırlanan formatda həll etməyə çalışır. İlkin məlumatlara görə, həmin şurada əksəriyyət qərbpərəst qüvvələrdən ibarət olacaq", - deyə yazıda qeyd olunub.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Günel Gözəlova: “Araz Bayramov kimi həkimlər bu peşədən uzaqlaşmalıdır”
Son xəbərlər
Bütün xəbərlər »