Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Rusiyanı biabır etdi: “Bunu yenə edəcəyik” - Foto
Kreml, Moskva, Rusiya

3 gün əvvəl Krım yaxınlığında Böyük Britaniyanın döyüş gəmisi ilə Rusiya qüvvələri arasında baş verdiyi iddia olunan atışmadan sonra vəziyyət gərgin olaraq qalmaqdadır.

Rusiya tərəfinin yaydığı məlumata görə, Britaniyanın “Defender” döyüş gəmisi Qara dənizlə Ukraynadan Gürcüstana gedərkən Rusiyanın ərazisinə daxil olub və hərbi təyyarələrdən xəbərdarlıq atəşi açılıb və keçidin qarşısı alınıb.

Britaniya tərəfi isə Kremlin məlumatlarını uydurma adlandırıb və bildirib ki, Rusiya hərbi qüvvələri tərəfindən heç bir atəş açılmayıb və onları da kimsə yolundan döndərməyib. Döyüş gəmisində olan bir jurnalist də Rusiya qırıcılarının yaxınlıqda uçduğunu desə də, atəş barədə heç nə deməyib.

Britaniyanın rəsmi şəxsləri Kremlin açıqlamasını Rusiyanın özünü “böyük” göstərmək cəhdi kimi qiymətləndirirlər.

Məsələ ondadır ki, Britaniya gəmisi Krımın lap yaxınlığından keçib. Beynəlxalq hüquqa əsasən həmin sular Ukraynaya məxsusdur. Rusiya isə Krımı işğal etdikdən sonra o əraziləri özününkü elan edib.

Britaniya bu hərəkəti ilə bir daha Kremlə xatırladıb ki, dünya Krımın işğalı ilə barışmayıb və belə bir fikri də yoxdur. London bildirib ki, büynəlxalq hüquqa əsasən o ərazilər Ukraynaya məxsusdur və oradan keçmək üçün yalnız Ukraynanın razılığı tələb olunur. Rusiya isə işğal etdiyi sulara girişi özünün dövlət sərhədinin pozulması kimi dəyərləndirir.

Bu arada Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Britaniya yenə də belə davranacağını bildirib. Dünən ingilis nazirlər Kral Donanması gəmisinin beynəlxalq hüquqa uyğun olaraq Ukraynadan Gürcüstana qanuni bir keçid etdiyini vurğulayıblar. Ekologiya naziri Corc Yustis jurnalistlərin “İngiltərə mübahisəli Ukrayna sularından yenə də keçərək Gürcütana gedəcəkmi” sualına cavabında bildirib: "Bəli, yenə də keçəcəyik. Krımın ilhaqını tanımırıq".

Xarici mediada isə Rusiyanın reaksiyasını ələ salmaqda davam edirlər. Nə qədər qəribə olsa da, Rusiya mətbuatı guya gəminin geri qaytarıldığını yazır. Reallıqda isə Britaniya gəmisi nəzərdə tutulduğu kimi əvvəlcədən seçdiyi marşrutla Gürcüstanın Batumi limanına çatıb.

Bəzi mütəxəssislər Kremlin daxili ictimaiyyət üçün işlədiyini düşünürlər. Qərb politoloqlarının fikrincə, İngiltərənin Rusiyaya “qırmızı xətləri” göstərməsi yaxşı haldır. Kreml başa düşməlidir ki, ağlına gələn hər şeyi edə bilməz.

Bu gün isə Britaniyanın Gürcüstandakı səfirliyi Rusiya mətbuatını biabır edən bir foto yayıb. Rusiya mediası "Defender"in guya geri qaytarıldığını tirajlasa da, səfirlik sosial şəbəkə hesabında gəminin Batumi limanından fotosunu paylaşıb.

"Defender" gəmisi Batumi limanına yan alır "Defender" gəmisi Batumi limanında | Foto: Britaniyanın Gürcüstandakı səfirliyi

Qeyd edək ki, “Defender” yüksək səviyyədə təchiz edilmiş döyüş gəmisidir. Gəminin güclü müdafiə və hücum sistemləri var. Bəzən bu gəmiləri ayrıca bir ordu adlandırırlar.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »