Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla Rusiya arasında bir neçə saziş təsdiqlənib
İlham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, saziş 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilib.

Fərmanda qeyd edilir ki, protokol 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanıb.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə də fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »