Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı yeni fərman imzalayıb
İlham Əliyev

Prezident İlham Əliyev “İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” və “Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 24 iyun 2009-cu il tarixli, “İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 dekabr 2006-cı il tarixli fərmanında dəyişikliklər edilməsi barədə” 20 fevral 2014-cü il tarixli, “Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 24 iyun 2009-cu il tarixli fərmanında dəyişikliklər edilməsi barədə” 4 may 2015-ci il tarixli, “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri” və “İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 25 dekabr 2009-cu il tarixli fərmanında dəyişikliklər edilməsi barədə” 28 aprel 2016-cı il tarixli və “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019-cu il tarixli fərmanlarında dəyişiklik edib.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının bununla bağlı fərman verib.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilsin.

2. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilsin.

3. Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında Nazirliyin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılsın.

4. Nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Dövlət Komitəsi) təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

5. Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyinə verilsin.

6. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilsin və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilsin.

7. Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

7.1. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”;

7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;

7.3. Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”.

8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.

9. Dövlət Komitəsinin tabeliyindəki Təlim-Tədris Mərkəzinin əsasında bu Fərmanın 3-cü hissəsi ilə yaradılan publik hüquqi şəxsin tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

10. Nazirliyin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilsin.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

11.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.3. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Nazirliyin təklifləri əsasında altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.4. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparatlarında inzibati vəzifələrin adlarının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarındakı inzibati vəzifələrin adlarına uyğun müəyyən edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.5. Azərbaycan Respublikasının vergi orqanlarında xidmətin dövlət qulluğunun xüsusi növünə aid olduğu nəzərə alınaraq, Nazirlik yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.6. bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş qurumların istifadəsində olan dövlət əmlakının, müvafiq olaraq, həmin bəndlərə əsasən yaradılan publik hüquqi şəxslərin nizamnamə fondunda nəzərə alınması üçün zəruri tədbirlər görsün;

11.7. bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş qurumların əsasında yaradılan publik hüquqi şəxslərin 2021-ci ildə saxlanılması xərclərinin həmin qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

11.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. Müəyyən edilsin ki:

12.1. bu Fərmanın 3-cü hissəsində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir;

12.2. bu Fərmanın 9-cu hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsi Nazirliyə həvalə edilir;

12.3. bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslər dövlət qeydiyyatına alınanadək həmin hissələrdə və bəndlərdə göstərilən qurumların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;

12.4. Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparatlarında inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatlarına aid vəzifələri tutan işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bu Fərmana Əlavədə nəzərdə tutulan məbləğdə vəzifə maaşına aylıq əlavə ödənilir.

13. Nazirlik:

13.1. Nazirliyin və Nazirlik yanında yaradılan dövlət xidmətlərinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə etdikləri vəsait hesabına Nazirliyin maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görsün;

13.2. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə bu Fərmanın 3-cü, 10-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələri təsdiq edildiyi gündən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada onların dövlət qeydiyyatına alınmasını təmin etsin;

13.3. bu Fərmanla bağlı müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin;

13.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

14. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 428; 2014, № 2, maddə 124; 2015, № 5, maddə 522) 2-ci hissəsi ləğv edilsin.

15. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010, № 11, maddə 2287, № 12 (I kitab), maddə 2603; 2019, № 4, maddə 644, № 6, maddə 1031, № 12, maddə 1954) 3-cü hissəsi ləğv edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218, № 3, maddə 410, № 4, maddə 618, № 6, maddə 1037; 2020-ci il, № 5, maddə 542) 8-ci hissəsi ləğv edilsin.

17. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 693; 2017, № 1, maddə 47; 2018, № 4, maddə 658; 2020, № 5, maddə 542) 2-ci və 3-cü hissələri ləğv edilsin.

18. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 10, maddə 1590) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Çağrı Mərkəzi.”;

18.2. 2-ci hissəyə “Xidməti” sözündən sonra “və tabeliyindəki vergi orqanları” sözləri əlavə edilsin;

18.3. 3-cü və 4-cü hissələrə “Xidməti” sözündən sonra “və onun yerli bölmələri” sözləri əlavə edilsin.

19. Bu Fərmanın 12.3-cü bəndi nəzərə alınmaqla, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirsinlər.

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 26 iyun tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparatlarında inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatlarına aid vəzifələri tutan işçilərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq əlavənin məbləği

1. “Təminedici bölmə müdiri” vəzifəsi üzrə vəzifə maaşının 40 faizi həcmində.

2. “Təminedici bölmə müdirinin müavini”, “yardımçı bölmə müdiri” və “yardımçı bölmə müdirinin müavini” vəzifələri üzrə vəzifə maaşının 35 faizi həcmində.

3. Digər inzibati vəzifələr üzrə vəzifə maaşının 25 faizi həcmində.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »