Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişlidə bazar yanıb - Video
Yanğın - Bərdə

İmişli şəhərində bazar yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlimata görə, dünən nazirliyin “112” qaynar telefon xəttinə İmişli şəhərində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.

Dəstək məqsədilə əlavə yanğınsöndürmə qüvvələrinin zamanında tətbiqi və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının daha da genişlənməsi və vura biləcəyi daha böyük ziyanın qarşısı alınaraq söndürülməsi təmin olunub.

Yanğın nəticəsində ümumi sahəsi 20000 kv.m. olan bazarda, təqribən 2400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »