Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var
Qəza

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən ağır qəza baş verib.

APA bildirir ki, hadisə şosenin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Sumqayıt istiqamətindən şəhər istiqamətinə hərəkətdə olan Qulu Ağayev idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək yol ayrıcındakı beton piltəyə çırpılıb. Beton parçası isə əks istiqamətdə, 1991-ci il təvəllüdlü Baxşıyev Nicat Nazim oğluna məxsus “Hyundai” markalı avtomobilin ön şüşəsinə dəyib. Zərbənin gücündən beton parçası şüşəni yararaq avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Məmmədov Tofiq İlham oğlunun baş nahiyəsinə xəsarət yetirib. Sərnişin hadisə anında dünyasını dəyişib.

Hadisəyə səbəb olan Q.Ağayev və N.Baxşıyev ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Azərbaycanda zəlzələ olub
››› Spikerdən... “yüksək pilotaj”
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
Son xəbərlər
Bütün xəbərlər »