Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir
Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir

İyunun 24-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası öz işinə başlayıb.

Onlayn formatda keçirilən sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edir.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov

Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı təqdim edib.

Üç gün davam edəcək sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələrin aparılması, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »