Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstriya XİN başçısı: “Aİ Azərbaycanla Ermənistan arasında etimadın artırılmasına çalışır”
Avropa İttifaqı

“Bölgədə ən çox çatışmayan şey etimaddır. Bizim bura gəlməyimizdə məqsəd ATƏT-lə sıx koordinasiya yolu ilə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında etimadın artırılması prosesinə necə töhfə verə biləcəyini araşdırmaqdır”.

“Report” xəbər verir ki, bu fikirləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın XİN başçıları Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində Ermənistana səfər ediblər.

Nazirlərin Cənubi Qafqaz turu Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı ilə baş tutub. Nazirlər bu gün Bakıda olublar və Azərbaycan rəhbərliyi ilə görüşlər keçiriblər. Yerevandan sonra Aİ ölkələrinin xarici işlər nazirləri sabah Tbilisidə olacaqlar. Səfərin sonunda Gürcüstan paytaxtında mətbuat konfransı keçiriləcək.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »