Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakinlər köçüb getdi deyə bütün kəndi satışa çıxardı - Fotolar
Sakinlər köçüb getdi deyə bütün kəndi satışa çıxardı - Fotolar

Türkiyənin Ərzurum şəhərində 1993-cü ildə aldığı ərazidə kənd salan şəxs yaşayış məntəqəsini satışa çıxarıb. Məsələnin maraqlı tərəfi odur ki, burada məskunlaşmış insanların hamısı kəndi tərk etdiyindən Cengiz Şişman belə qərara gəlib. O, “Yaşıl vadi” adlandırdığı kəndə 1 milyon dollardan çox qiymət qoyub.

Bizimyol.info xəbər verir ki, Cengiz Şişman məşhur “Züğürt Ağa” filminin baş qəhrəmanının taleyini yaşayıb. Kino nümunəsində də sakinlərin hamısı kəndi tərk edir. Kəndin ağası buranı satmağa məcbur olur.

Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə

Cengiz Şişman kəndə 10 milyon lirə (təxminən 1 milyon 150 min dollar) qiymət qoyub. Daha doğrusu, ərazinin sahibi bu qədər ödənilməsini istərdi. Dediyinə görə, 7-8 milyon lirə verənlər var.

“Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə

Cengiz Şişman ərazi üçün pul ödəyəndə burada 30 evin qurulması nəzərdə tutulub. Tezliklə kənddə nəzərəçarpan əhali formalaşıb. Evlərin hamısına sakin tapılıb. Amma işsizlik, sosial qayğılar insanları buradan qaçaq salıb. Cengiz Şişman da qısa müddət sonra yaxınlıqdakı Çiftlik məhəlləsinə köçüb. O, hər gün kəndə baş çəkirmiş. Amma bir gün daha davam edə bilməyəcəyini anlayıb.

Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə

Başqa kənd sakinləri kimi Cengiz Şişman da maldarlıqla məşğul imiş. Şəkillərdən görünür ki, Yaşıl vadinin otlaq ərazisi var. Yəni maldarlıq üçün əlverişli imkanların olması nəzərə çarpır. Cengiz Şişman isə daha maddi gücünün qalmadığını bildirir. Onun sözlərinə görə, ərazidən xeyli yaxşı istifadə edəcək adamlar tapıla bilər. “Daha ora getmək istəmirəm, amma məcburam”, - Cengiz Şişman fikrini belə ifadə edib.

Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə Cengiz Şişman, “Yaşıl vadi” kəndi, Ərzurum, Türkiyə

Ümumiyyətlə, Yaşıl vadinin müştəriləri az deyil. Əvvəlcə kənd üçün 3-4 milyon lirə təklif edənlər vardı. Son vaxtlar rəqəmlər yüksəlib. Cengiz Şişman buradan ildə 100 min lirə (təxminən 115 min dollar) qazanc götürmək mümkün olduğunu bildirir. O, qiymətin 10 milyon lirəyə yüksəlməsini gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »