Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki, sülh də yoxdur"
"Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki, sülh də yoxdur"

Bu gün Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Prezident avropalı qonaqlara: "Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik", -deyib.

"Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi.

Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk", - deyə dövlət başçısı qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »