Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suya görə qohumlar arasında münaqişə - 58 yaşlı kişi güllənib
Suya görə qohumlar arasında münaqişə - 58 yaşlı kişi güllənib

Goranboyda güllələnmə hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlu baş nahiyəsi və əlindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, M. İbrahimov qohumu tərəfindən güllələnib. Qohumlar arasından insident su üstündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »