Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə görüşüb
Ceyhun Bayramov

25 iyun 2021-ci il tarixində Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriya Respublikasının xarici işlər naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramov qarşı tərəflə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »