Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat cərimələrdən şikayətləndi: Dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur
Deputat cərimələrdən şikayətləndi: Dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur

“Son vaxtlar cərimələrin, rüsumların artırıldığının şahidi oluruq. Bütün daxil olan qanun layihələrində rüsumlar, vergilər artırılır. Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur.

Ancaq vətəndaş vergi ödəyir”. Bu fikirləri Parlamentin növbədənkənar sessiyasında deputat Qüdrət Həsənquliyev səsləndirib. Deputat “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərlə bağlı çıxış edərkən deyib ki, hər hansı qanuna dəyişiklik və ya qanunvericilik təşəbbüsüylə çıxış edən şəxslər mütləq şəkildə bununla bağlı əsaslandırma da verməlidirlər.

Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev

“Bizə qeyd formasında əsaslandırma təqdim olunub. Ancaq əsaslandırma ilə layihə arasında fərq var. Son vaxtlar cərimələrin, rüsumların artırıldığının şahidi oluruq. Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur. Ancaq vətəndaş vergi ödəyir. Ona görə də layihədə hər şey aydın yazılmalıdır. ”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »