Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini təhqir edib - Video
Natiq Cəfərli -Əhəd Məmmədli

Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.

“Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.

AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”

N. Cəfərli isə cavabında onu “debil” adlandırıb: “Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”.

Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.

Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub.(qafqazinfo)

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
Son xəbərlər
Bütün xəbərlər »