Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: "Oğlumdan sonra iflic olmuşdum.., mənə çox köməklik göstərdilər" - Video
Şəhid atası: "Oğlumdan sonra iflic olmuşdum.., mənə çox köməklik göstərdilər" - Video

Vətən müharibəsi bitdiyi gündən bəri şəhid ailələri və qazilər dövlətin himayəsi, diqqəti altındadır. Döyüşdə yaralanmış, iş qabiliyyətini itirmiş qazilərin, şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif işlər görülür. Şəhid aiələrinə və qazilərə göstərilən diqqət zaman-zaman mediada işıqlandırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi də media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün Xaçmaz və Quba rayonlarına mediatur təşkil edib. 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Məlumata əsasən, artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri sürətlə aparılır. Son aylarda bu kateqoriyadan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Həmçinin şəhid ailəsi üzvləri və yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən “Məşğulluq marafonu” barədə də məlumat verilib.

Bu yardımlar yalnız adı çəkilən rayonlar üzrə deyil, ölkənin bütün rayon və şəhərlərində aparılır. Abşeron rayonu Digah qəsəbəsindən Vətən müharibəsinə yollanan Fuad Ceyhun oğlu Həşimovun ailəsində çəkiliş aparan zaman atası övlətin dəstəyi və diqqətindən razı olduğunu bildirib.

“Oğlum Fuad Həşimov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olub. Fuad 2018-ci il də hərbi xidmətə çağırılıb. N saylı hərbi hissənin istehkam bölüyündə xidmət edib. Nümunəvi xidmətinə görə, hərbi hissənin komandiri tərəfindən evimizə təşəkkür məktubu göndərilib.

2020-ci ilin may ayından XTQ-də kəşfiyyatçı, istehkamçı ixtisası üzrə xidmətini davam etdirib. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 22-də Xocavəndin Tuğ kəndində şəhid olub”.

Şəhid atasının sözlərinə görə, oğlunu itirdikdən sonra çox ağır xəstəlik keçirdib və dövlət qurumları tərəfindən ailəsinə göstərilən diqqət və qayğı nəticəsində ayağa qalxıb.

“Dövlətimizdən min dəfə razıyam. Hökümətimizdən Allah razı olsun. Mən çox ağır xəstə idim. Oğlumdan sonra paralic vurmuşdu və bir gözüm əyilmişdi. 3 dəfə xəstəxanada yatmışam və mənə çox köməklik göstəriblər. İynə, dərmanla məni ayağa qaldırıblar”, - deyə bildirib.

Bu vətən, torpağının hər qarışı üçün canını verən oğulları unutmaz!

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »