Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat məhkəmə sistemindəki nöqsanlardan danışıb
Milli Məclisin növbəti plenar iclası keçirilib

“Mediasiya haqqında” qanunu bəyənirəm, səs də verəcəyəm. Amma məhkəmə sistemində olan problemləri də demək lazımdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında “Mediasiya haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, məhkəmə proseslərində ciddi nöqsanlar baş verir: "Mənim məhkəmə hakimi, prokuror dostlarım var. Amma seçicilərin müraciətlərindən görürük ki, müəyyən işlər görülsə də, məhkəmələr hələ də düzgün işləmir. Şəxsi maraqlar çərçivəsində qərarlar verilir. Əminəm ki, burada olan deputatların əksəriyyəti məhkəmələrlə bağlı narazıdırlar, amma açıq şəkildə demirlər. Hər gün sürücümə yüzlərlə video, auidio, yazılı formada şikayətlər göndərirlər. Kimisə bunu şəxsi maraqlar naminə edir ki, məndən yararlansın. Mən istifadə olunan adam deyiləm. Amma insanların hüquqları pozulanda mən də onları açıq formada deyirəm".

R.Nurullayev parlament tribunasından Baş prokuror Kamran Əliyevə müraciət edib: “Mən daha sonra Baş prokurora zəng edəcəyəm və onunla görüşmək istədiyimiz bildirəcəyəm. Görüş zamanı bir neçə faktı ona təqdim edəcəyəm”.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »