Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir

Naxçıvan istiqamətində atəşkəsi pozmaq, Kəlbəcərə pilotusuz uçuş aparatı göndərməklə törədilən təxribat cəhdi Ermənistanda seçki prosesi yekunlaşdıqdan sonra yenidən təkrarlanıb.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin veridiyi məlumata görə, 24 iyun saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Seçki sonrası bu təxribat cəhdlərinin məqsədi nədir? Bu cəhdlər nəyə hesablanıb?

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, hazırda ABŞ və Rusiya Ermənistan uğrunda mübarizə aparır.

“Rusiya Koçaryanı, Amerika və Avropa isə Paşinyanı dəstəkləyir. Seçkilərin nəticələrinə əsasən Paşinyan qalib gəldi. İndi isə keçirik ikinci prosesə. Bu ondan ibarətdir ki, Paşinyan tədricən Rusiyanı bölgədən çıxarmaq üçün məsələlər qaldıracaq. 44 günlük müharibədə Rusiyanın Ermənistana kömək etməməsi, dəstək verməməsi və s. kimi məsələləri rəhbər tutaraq cəmiyyəti Rusiyaya qarşı qaldıracaq.

Rusiyanın müəyyən qüvvələri isə Koçaryanın reytinqini artırmağa çalışır və 1992-93-cü illərdəki kimi onu Qarabağa “prezident” kimi gətirmək, Paşinyanı fakt qarşısında qoymaq istəyirlər.

Ekspertin sözlərinə görə, müəyyən qüvvələrin azərbaycanlıları masa arxasında oturtmaq, Minsk qrupunun yenidən dövrəyə girməsi üçün Koçaryandan istifadə etmək planları var.

“Bir müddət əvvəl Xankəndidə Araikə qarşı mitinqlər olmuşdu. Həmin etirazları da törədən Koçaryan və Qarabağın qondarma “Təhlükəsizlik Şurası”nın raisi, Xocalı soyqırımında əli olan Balasanyandır. Balasanyan Koçaryanla bir ittifaqda olan adamdır. Qarabağda polis, fövqəladə birbaşa Balasanyana tabe olur. Balasanyana tabe olan hərbi hissə komandirləri bu hadisələri məqsədli surətdə törədirlər. İstəyirlər ki, bununla Arayiki oradan uzaqlaşdırsınlar. Sonra isə “xalq Koçaryanı istəyir” adı ilə onu vəzifəyə gətirsinlər. Belə təxribatlar hələ bir müddət davam edəcək”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »