Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Enerji sahəsində büdcə talançılığının qarşısı alınmalıdır"
"Enerji sahəsində büdcə talançılığının qarşısı alınmalıdır"

Bu gün Milli Məclisin içlasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi müzakirə edilib.

“Enerj resurslarından istifadə haqqında” Qanunun qəbulundan 25 il (1996-cı il) ötmüşdür. Sənəd müasir tələblərə, Azərbaycanın enerji sahəsində qoşulduğu beynəlxalq konvensiyalara qismən cavab verir. Bu baxımdan yeni qanunun qəbuluna ehtiyac var. Əslində bunu ictimai sifariş kimi də qəbul etmək olar". Bunu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qanun layihəsini təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, ev təsərrüflarında, binalarda və enerji istehlakına təsir edən cihazlarda yeniləşmələr istehlakçılar üçün rahatlıq və sağlamlıq əsas alınmaqla aparılır ki, bu da öz-özlüyündə səmərəliliyin daha bir faydasını təmin edir.

“Biz elə etməliyik ki, dövlət büdcəsidən vəsait alan qurumlar şəffaf işləsinlər, bu vəsaitlər kənara getməsin. Səmərəliliyi insanlardan tələb edirik, amma dövlət qurumlarından da tələb olunmaldıır. Enerji sahəsi ilə bağlı düşünmək lazımdır ki, büdcə talançılığının qarşısı necə alına bilər”. Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

Fazil Mustafa Fazil Mustafa

O qeyd edib ki, tez-tez dəyişilən sayğac oyununa son qoyulmalıdır. O, qanunun məqsədini və məzmununu müsbət dəyərləndirsə də, istiqamətini düzgün hesab etmədiyini vurğulayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »