Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutması ortaya yeni suallar çıxardı. Niyə Tovuz? 44 günlük savaşın rəvacını da Tovuz hadisələri vermişdi. Bu təsadüfdürmü?

“Hazırda Qarabağla bağlı Rusiya tərəfinin verdiyi müxtəlif səpkili açıqlamalara əsasən hiss olunur ki, burada hansısa proseslərin əvvəlidir. Türkiyə və Azərbaycanın hər hansı bir addımı Rusiyanın xoşuna gəlməsə, o bu vəziyyətdən istifadə edə bilər. Rusiya indi yenidən keçmiş münaqişənin balaca formasını yaratmaq istəyir. Ümumiyyətlə, Qarabağa gəlmək istəyən qüvvə tək Rusiya deyil, münaqişənin qalmasında maraqlı olan çox dövlətlər var. Yalnız Rusiya maraqlıdır deyə düşünsək, bu sadəlövhlük olardı”. Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.

O qeyd edib ki, Ermənistanın Qərbə yaxınlaşması planı reallaşır. Paşinyan “Qarabağ ermənilərinin öz işidir” deyib kənara çəkilmək istəyəcək. Rusiyanın indi ümidi daha çox Qarabağ ermənilərinədir. Ona görə regiondakı maraqlarını təmin etmək üçün müxtəlif münaqişə zonaları yaradırlar. Bu, Rusiyanın köhnə taktikasıdır.

“Ermənilərin təsiri altında olan Qərb dairələri də maraqlıdırlar ki, bəlkə də bu yolla mövzuya yenidən qayıda bilərlər. Ona görə də status söhbətinin yarımçıq qalması əks güclərə maraqlıdır. Yəni bunların statusu həll olunmayıb, biz gələk, guya kömək edək. Kənarda belə bir oyunçular var. Onlar da bura qayıtmaq istəyirlər. Mən burada təkcə Rusiyanın bəzi dairələrinin yox, digərlərinin də maraqlarını görürəm. Artıq Qarabağ erməniləri başa düşüb ki, Ermənistan bunlara dəstək verən, onların yerinə vuruşan deyil. Bu baxımdan onlar Ermənistandan ümidlərini kəsiblər. Amma Köçəryan və digərlərinin dəstəsi xarici havadarlarının dəstəyi ilə oyuna davam etməkdə maraqlıdırlar”,- deyə o qeyd edib

Ekspertlərin fikrinə görə, bu gün sərhədlərimizin qonşuluğunda böyük xülyalarla yaşayan, amma müstəqil olmayan, Rusiya Ermənistanı, İran Ermənistanı, hətta Fransa Ermənistanı belə var.

Yəni Ermənistan bir Rusiya dövlətidir və bizim Rusiya ilə faktiki sərhədlərimiz artıq 391 km yox, 1398 km - ə qədər artdı. Demarkasiya prosesləri getdiyinə görə, yəqin təxribatlarla qarşılaşmamız çox olacaq.

3 günlük gözləntilərdən sonra nəhayət ki, Putin qağası Nikol Paşinyana zəng vurub, onu seçkilərdə qələbə münasibətilə təbrik edib

Paşinyan Putinlə söhbətində yenə də "hərbi əsirlər"in Ermənistana qaytarılması məsələsini qaldırıb. Halbuki Azərbaycanda erməni hərbi əsirlər yoxdur. Olanlar isə terrorçu, diversantdır. Putin isə hələlik bir müddət Paşinyanın nazıyla oynamaq yolunu tutacaq. Çünki qızın iki adaxlısı var. Azərbaycanın qarşısında duran əsas məslə Rusiya-Türkiyə münasibətlərini sabit saxlamaqla çevik oyunçuluğunu inkişaf etdirmək, nəfəs almaq imkanı qazanmış Ermənistanın qanadları bərkiyənə qədər yerində saymayıb, güclü müttəfiqlərin sayını artırmaqdır. Və hazırda bu prosses gedir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »