Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumətin yeni təklifi xarici investorları “ürküdəcək”
Hökumətin yeni təklifi xarici investorları “ürküdəcək”

Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddədə deyilir ki, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən vəkili 500 manatadək cərimə edə bilər.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, hökumətin bu cür qərarları ilk növbədə ölkəyə sərmayə yatırmaq istəyən xarici investorları “ürküdəcək”. Çünki ölkəyə investisiya yatıran xaricilər ilk növbədə öz gələcək risklərini bnəzərər alkaraq həmin ölkənin hüquq- məhkəmə sisteminin necə işləməsi ilə maraqlanırlar.

Natiq Cəfərli Natiq Cəfərli

“Normal məhkəmə yoxdursa, investor da olmayacaq.

Ədalətli məhkəmə çəkişməsi, sistemi yaratmaqdansa vəkillik institutunu məhv edirlər, vəkilin işi həm də vəsatət verməkdir - buna görə cərimə olar?! Əsassız vəsatət nə deməkdir?! Hakim hansı kriterlərə görə vəsatətin əsaslı olub-olmamağına qərar verəcək?! Onsuz da hakimlər kefi istədikdə vəsatəti rədd edir də, bu bəs eləmir?”,- deyə ekspert bildirib.

“Bəlkə elə vəkilliyi ləğv edəsiz?! Yaxşı, ittihamçının vəsatəti əsassız olsa, ona nə düşür? Pürrəngi çay, "paket", Antaliyaya 2 nəfərlik səyahət?”,- deyə iqtisadçı qeyd edib.

Azərbaycanda vəkillik sistemi dünyada olduğu qədər uğurla inkişaf etdirilməyib. Yəni bir vəkilin məhkəmənin gedişini dəyişib, “adamı ipdən alması” halları nadir görülür. Həqiqətən hakimlərin əsassız adlandırdığı vəsatət çoxlarının haqq səsinin batırılması demək olardı.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »