Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Ankara, Türkiyə

İllərdir ki, Türkiyə ordusu PKK terror təşkilatı ilə mübarizə aparır. Son vaxtlarda bu proses daha da intensiv hal alıb. Nəticədə PKK  artıq öz gücünü itirməyə başlayıb.

Bundan sonrakı mərhələlərdə nələr baş verəcək? YPG təşkilatı əsas hədəfə çevriləcəkmi?

“Türkiyənin PKK-ya qarşı əməliyyatlarını intensiv şəkildə həyata keçirməsi, bu təşkilatın sonunu gətirməkdədir. Şimali İraqda Qandil dağı ətrafında keçirilən əməliyyatlar PKK liderləri və lojistik sığınacaqları, yolları, Avropa ilə əlaqələrinə böyük zərbə vurulub. Türkiyə bu əməliyyatı heç bir ölkənin dəstəyi olamadan aparır və kifayət qədər uğurlar əldə edib”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya çıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Türkiyədə terror təhlükəsi aradan qalxmaq üzrədir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Hakimiyyət kürdlərın sıx məskunlaşdığı ərazilərdə geniş quruculuq işləri aparması, bölgəni inkişaf etdirməsi, kürd vətəndaşlarla PKK-nın bağlarını kifayət qədər zəiflətdi. Bu da Ankaranın qələbə əldə etməsində mühüm rol oynadı. Türkiyənin əsas planı Şimali İraqda - Sincarda əməliyyat aparmaqdır. Türkiyə Şimali İraq kürd yönətimini də PKK-ya qarşı əməliyyatlara cəlb edib. Sincarda Peşmərgə PKK qarşı əməliyyatlar aparacaqsa, bu Türkiyənin PKK-nın hərbi qanadını tamamilə iflasa uğrataması ilə nəticələnəcək. ABŞ da PKK-ya lojistik dəstək verə bilmir. Ərdoğan və Bayden görüşündə bununla bağlı razılaşma əldə edilib.

Siyasi şərhçinin sözlərinə görə, demək olar ki, Türkiyə rəhbərliyi 2023-cü ilə qədər PKK-nı bitirmək planı ortaya qoyub və iki ilə bu təşkilatın artıq dardamadağın olacağı gözlənilə bilər.

“Bundan sonra, Türkiyə daha da güclənəcək. PKK artıq Türkiyənin baş ağrısı deyil. Bu terror təşkilatının zəiflədilməsi və sıradan çıxarılması Türkiyənin daxili və xarici siyasətində müsbət tendensiaylara gətirib çıxaracaq. PKK-nın bitirilməsi AKP-nın hakimiyyətdə qalmaq müddətini uzadacaq. Türkiyə konustitusiyasında da dəyişiliklər gözlənilir və R.T.Ərdoğan növbədənkənar parlament seçkilərinə gedə bilər.

Türkiyə regional gücdən beynəlxalq müstəviyə çıxır. Ona görə də kiçik bir təşkilatın sıradan çıxarılması artıq Ankara üçün probelem deyil. Bundan sonra, əsas hədəf YPG terror təşkilatı olacaq. ABŞ-la danışıqlar aparılacaq. YPG-nin PKK ilə əlaqəsi kəsilməli, Türkiyəyə qarşı bütün iddialarından geri çəkilməlidir. Proseslər Ankaranın lehinə olmasa, YPG-yə qarşı əməliyyatlar baş tuta bilər. Ankara Şimali Suriyada iki dəfə YPG-yə qarşı uğurlu hərbi əməliyyat keçirib. Ümumiyyətlə, Suriyanın şimalında növbəti kürd muxtariyyətinə Ankara icazə verməyəcək. Türkiyəyə qarşı YPG təhlükəsi olarsa, Azərbaycan Şuşa Bəyannaməsinə əsasən öz hərbi qüvvələri ilə anti-terror əməliyyatında Türkiyəyə dəstək verəcək”.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
Son xəbərlər
Bütün xəbərlər »