Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada ikimərtəbəli ev, Bakıda üçmərtəbəli çörəkbişirmə sexi yanıb
Qubada ikimərtəbəli ev, Bakıda üçmərtəbəli çörəkbişirmə sexi yanıb

Quba rayonunda fərdi yaşayış evi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Zərqava kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi paytaxta baş verib.

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 240 m² (hər mərtəbəsi 80 m²) olan üçmərtəbəli çörəkbişirmə sexinin 2-ci mərtəbəsində 3 ədəd soba yanıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »