Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus haqqında ilk məlumatlar ABŞ bazalarından itib
koronavirus

2019-cu ilin sonunda Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusun orijinal variantının genetik kodu haqqında informasiyalar ABŞ-ın məlumat bazalarından yoxa çıxıb.

Bu barədə “Bloomberg” xəbər yayıb. İnformasiyalar koronavirusun ilk variantının genetik kodu haqqında məlumatı verən çinli alimlərin tələbi ilə silinib. Məlumatlar 2020-ci ilin martında ABŞ Milli Səhiyyə İnstitu tərəfindən Uhandan alınıb. Lakin üç ay sonra Çindən olan mütəxəssislər "genetik ardıcıllıqla bağlı məlumatlar yeniləndi və dəyişdirilməlidir", deyərək onların silinməsini istədi. Nəticədə, SARS-CoV-2 ilə bağlı ilkin məlumatlar Amerika bazalarından silindi.

Ekspertlər koronavirusun mənşəyi və Uhan laboratoriyasından sızma versiyası ilə bağlı müzakirələrin fonunda bu faktın narahatlıq yaratdığını söyləyiblər.

Xatırladaq ki, əvvəllər ABŞ-da COVID-19 virusunun süni mənşəyi ilə bağlı fərziyyə irəli sürülmüşdü. Xüsusilə, keçmiş Amerika prezidenti Donald Tramp ABŞ kəşfiyyat xidmətlərinin Uhan laboratoriyasından sızmasından sonra koronavirusun yayıldığına dair dəlillər olduğunu söylədi. (Virtualaz.org)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »