Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda dövlət koronavirus cərimələrini əfv edəcək
Gürcüstan

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən özünütəcrid, karantin və maska ​​rejiminin pozulmasına görə vətəndaşlara yazılan cərimələr silinəcək. Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Baş nazir bəyan edib ki, sərt pandemiya qadağaları dövründə qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi artıq parlamentə təqdim edilib. Gürcüstan hökumətinin başçısı qeyd edib ki, sözügedən təşəbbüsdən 245 min vətəndaş, habelə 344 hüquqi şəxs yararlana biləcək. İ.Qarabişvili həmçinin əlavə edib ki, əfv ödənilməmiş cərimələri əhatə edir.

“Əfv olunan cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) təşkil edəcək”, - Gürcüstanın Baş naziri vurğulayıb.(virtualaz.org)

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »