Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu

2020/2021-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının ilk magistr tələbələri məzun olur.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Gömrük Akademiyası - logo

Belə ki, dörd magistrant Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması, iki magistrant Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə təhsilini başa vurur.

Akademiyada magistraturaya qəbul ilk dəfə 2019/2020-ci tədris ilində aparılıb. Magistr tələbələrinin yüksək keyfiyyətli təhsil almaları üçün Akademiyada müvafiq şərait yaradılıb.

Qeyd edək ki, 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasına qəbul nəzərdə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »