Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elat dağlara köçdü - Kəlbəcər dağlarında tütək səsi
Kəlbəcər rayonunun Sarıdaş kəndi

Təxminən bir neçə həftə öncə sosial şəbəkələrdə Kəlbəcər dağlarındakı qoyun sürülərinin şəkilləri yayımlandı, elat dağlara gedir dedilər, inanmadıq. Bu xəbər  izləyicilərin bir çoxuna feyk xəbər kimi gəldi, amma yalan deyilmiş. Dövlətin təşkil etdiyi pilot layihə ilə  6 təsərrüfat Kəlbəcər yaylaqlarına çıxarılıb.

Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb. Yaylağa getməzdən öncə çobanlara ANAMA tərəfindən təlim keçirilib, mina təhlükəsinə qarşı hansı şəkildə davranmaq lazım olduğu öyrədilib. Təbii ki, seçilən ərazilər DİN, MN tərəfindən razılaşdırılıb. Yaylağa çıxmış fermerlərə mina təhlükəsinə qarşı göstərilən ərazilərdən kənara çıxmamaq  tövsiyə edilib.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib,müvafiq dislokasiya xəritələri hazırlanıb. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

Maraqlıdır ki, cənnət Kəlbəcərimiz arıçılıq təsərrüfatının inkişafı üçün ən əlverişli bölgədir. Ermənilər bu rayonu işğal altında saxlayarkən bir ildə 3 dəfə bal süzə biliblər. Əldə etdiyimiz məlumata görə, azərbaycanlı fermerlər də  doğma yurda qayıdışları ilə rekorda imza ata biliblər. 17 gün ərzində arılardan bal almaq mümkün olub. Ölkənin sayılıb seçilən arıçıları deyirlər ki, havalar əlverişli keçsə gec köçmələrinə baxmayaraq onlar da 3 dəfə  bal götürə biləcəklər. Hələlik ən az 2 dəfə məhsul alacaqlarına zəmanət verirlər. Kənd təsərrüfatı  üçün çox əlverişli olan Kəlbəcər yaylaqları bu il ilk doğma qonaqlarını qarşıladı. Pilot layihə uğurlu alınsa  rayona köçürüləcək  kəlbəcərli fermerlərin sayının artırılması planlaşdırılır. Yaxın 3 ildə isə daha  yəqin ki icazə almağa ehtiyac qalmadan elliklə köç başlayacaq. Bu dəfə Kəlbəcər yaylaqları daha gözəl geyinəcək, yaşıl tumanına al lalələrlə bəzək vurub, ağ örpəyinə nurdan zinət verəcək. Çünki, bu dəfə ağuşuna  doğmalarını  - azərbaycanlıları alacaq

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »