Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bütün imkanlarımızla can qardaşımızın yanındayıq...” - Foto
Hulusi Akar

“Qafqaz bölgəsində sülhün və sabitliyin təmin edilməsi üçün böyük səylər göstəririk. Azərbaycan öz torpağı olan Qarabağı Ermənistanın işğalından qurtarandan sonra qurulan ortaq Mərkəzin fəaliyyəti Rusiya ilə koordinasiyalı şəkildə davam edir”,-Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Virtualaz.org xəbər verir ki, Hulusi Akar bu gün Etimesgut hərbi sursat zavodunda lazerlə hədəfə yönləndirilən aviabombanın (Hassas Güdüm Kiti-82) Türkiyə ordusuna təhvil verilməsi mərasimində çıxışı zamanı Qarabağdan da danışıb.

Hulusi Akar

Müdafiə naziri deyib: “İyunun 15-də Türkiyə ilə Azərbaycan arasında birliyin, qardaşlığın və ortaq gələcək hədəflərimizin nümayişi olaraq Şuşa Bəyannaməsi prezidentimiz və Əliyev tərəfindən imzalandı. Bu, tarixi addımdır. Bu, həqiqətən bizim onsuz da var olan bağlarımızı da bir daha əyani şəkildə göstərən sənəd olaraq ortaya çıxıb. Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünüləbilməz səviyyədə gəlib çatıb. Bu bəyannamə eyni zamanda bölgədə davamlı sülh və sabitlik üçün fürsətdir. Prezidentimizin və Əliyevin uzatdığı sülh və barış əlini tutmalı, bu fürsəti düzgün dəyərləndirməliyik. Türkiyə bütün imkanları ilə tək millət, iki dövlət olduğumuz, can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcək”.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »