Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitetlərdə Məzun günü keçirilə bilər
Tələbələr - məzun günü

Koronavirus pandemiyası səbəbi ilə ötən il ali və ümumi –orta təhsil müəssisələrində Məzun günü onlayn şəkildə təşkil edilmişdi.

Ancaq bu il Nazirlər Kabineti yanında Operativ Qərərgahın razılığı ilə ümumi təhsil müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq “Son zəng” tədbirlərinin keçirilməsinə icazə verildi.

Bəs bu icazə ali təhsil müəssisələrinə də aid edilirmi? Ali və orta ixtisaqs təhsili müəssisələrində Məzun günləri müəyyən qaydalara uyğun şəkildə keçirilə bilərmi?

Bununla bağlı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq Məzun günlərinin müəyyən edilmiş qaydalara uyğun şəkildə təşkil edilməsinə icazə verilib:

“Ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər”.

Qeyd edək ki, 14 iyun tarixində ümumi təhsil müəssisələrində “son zəng” tədbirləri həyata keçirilib.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »