Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...

Pandemiya yeni başlayanda bütün mütəxəssislər bir ağızdan zamanla virusun mutasiya edib zəifləyəcəyini deyirdilər. “Virus yaşadığı orqanizmin ölməsində maraqlı deyil, o orqanizmə uyğunlaşır və zamanla zəifləyir”. Bu sözü yəqin çox eşitmişik. Amma 2 il keçməsinə baxmayaraq, bizi gah daha dəhgşətli İspaniya, Britaniya, gah da Hindistan ştammı ilə qorxutdular. Nələr olur?

İstənilən bioloji obyekt mutasiyaya uğrayır. İnsanlar da həmçinin. Lakin insanda hər şey daha mürəkkəbdir, irsi informasiyanı tam dəqiq ötürməyə cavabdeh olan molekullarımız, genlərimiz olduğuna görə. Virusların da molekulları var. Lakin bu onların sərbəst mutasiyasına mane olmur. Sanki savadsız makinaçı hərf və cümlə səhvləri edə-edə mətn yığır.

Biologiya elmləri doktoru Georgi Bazıkinin dediyinə görə, mutasiyaların bəziləri neytral, bəziləri aqressiv xarakter daşıyır. Britaniya ştammı barədə məlumat ötən ilin sentyabrında yayıldı. O gənclərə və uşaqlara təsir edirdi. Ötən qış Avropanı bürüyüən ikinci dalğa məhz Britaniya ştammının zərbəsi oldu.

Yazın gəlişi ilə britaniyalını hindli əvəz elədi. Ona qədər cənubi afrikalı, brazilyalı, yerli və regional mutasiyaları da qonaqladıq. Onların hər biri individual xarakter sərgilədi. Hindistan virusu özünü tam başqa cür göstərdi, o hətta yuxarı və aşağı ətrafların qanqreni, amputasiyası, qulaq karlığı kimi nəticələr də verdi. Delta adlanan bu modifikasiya artıq 60 ölkədə, o cümlədən Türkiyədə də aşkarlanıb. Hindistanda Deltadan gündəlik yoluxma sayı 75-340 min arsı təşkil edib, 9 iyunda gündəlik 6138 ölüm sayı qeydə alınıb ki, bu da mütləq rekorddur.

Hindistanda Delta virusu aşkarlanana qədər vəziyyət stabil idi. Bu mutasiyanın üzə çıxması ilə o vaxta qədər var olan Avropa, Afrika, ABŞ, Nepal, Pakistan mutasiyaları ləğv oldu. Bəzi alimlərin fikrinə görə bu təbii seçmənin, selektiv təzyiqin nəticəsidir.

1950-ci illərdə Avstraliyaya özü ilə dovşan aparmış Ostin adlı şəxs bilmirdi ki, böyük bir fəlakətə səbəb olacaq. Tezliklə onun apardığı dovşanlar çoxalaraq qitəni bürüdü. Bezmiş insanlar dovşanların kökünü kəsə bilmirdilər. Nəhayət, çarəni onlar üçün virus hazırlamaqda gördülər. Virus dovşanları məhv etdi. Sona yalnız bir neçə cüt heyvan qalana qədər. Lakin bu hekayə burda bitmədi. 2017-ci ildə, yəni 60 il sonra bu virus mutasiya edərək yenidən peyda oldu və dovşanlar arasında qırğın yaratdı. Dovşanlar xəstələnmədən anidən məhv olurdular.

Yəni yeni araşdırmalar belə deməyə əsas verdi ki, orqanizm immunitetini gücləndirib virusa qarşı daha dayanıqlı olduqca, patogenin də evolyusiyası yaranır, o tanınmamaq üçün əlindən gələni edir və daha da güclənir.

Dovşanlarla bağlı təcrübə onu deməyə əsas veri ki, biz bu qorxunc virusla gələcəkdə də qarşılaşa bilərik. Bu mənada simptomsuz yayıldığına görə koronavirus idealdır.

Simtomsuz daşıyıcılara görə virus pandemiya böyüklüyünə çıxa bildi. Əks halda onun ölümlə nəticələnmə faiz sevindirici dərəcədə azdır. Virus heç də yaşadığı orqanizmin sağ qalmasına çalışmır. Onu maraqlandıran şey nəslinin davamıdır. Bölündü, artdı vəssalam. Sonra nə olar, olar. Bundan sonra nə olacağını kimsə dəqiq bilmir. Müxtəlif eksperimentlər hətta alimləri də bezdirib. Koronavirus adı altında tanıdığımız bu yeni növ virus bu günəcən bəşəriyyətə məlum olmuş heç bir virusa bənzəmir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »