Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
“Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”

Bir neçə gün öncə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin 53,92%-ni qazanmış baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası böyük fərqlə qalib gəldi. Paşinyanın qələbəsini şərh edən bəzi politoloqlar bundan sonrakı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşacağını qeyd edirlər.

Görəsən, Ermənistan-Rusiya münasibətləri necə davam edəcək? Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdırmı?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan xalqdan aldığı "polad mandat"-la dövlət strukturlarında Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq.

“Çünki bu şəxslər hökumətin Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşdırılmasını sabotaj ediblər və bundan sonra da edə bilərlər. Məhz sabiq xarici işlər naziri Ara Ayvazyan daim Azərbaycana qarşı revanşist açıqlmalar verirdi, hətta diversantaların qaytaralmasına və xəritələrin verilməsinə mane olurdu. Demək, Ara Ayvazyan Kremlin təlimatlarını yerinə yetirirdi. Onun vəzifədən alınmasından sonra ölkələr arasında Rusiyasız vasitəçilik təmin edildi”.

Siyasi şərhçi qeyd edib ki, seçkilərdə xarici diplomatlar R.Koçaryanının "Ermənistan" blokuna səs veriblər. Ona görə də xarici ölkələrdə səfirlərin geri çağırılması da baş tutacaq. Həmçinin ordudan Qarabağ klanına bağlı hərbçilərin çıxarılması da baş tutacaq.

“Bununla da N.Paşinyan Rusiyanın ölkəsində bütün dayaqlarını zəiflədəcək. Proseslər Cənubi Qafqazda Rusiyanın son qalası olan Ermənistanın onun orbitindən çıxmasına doğru aparır. Rusiyanın son qalası Qarabağda separatçılar ola bilər. Azərbaycan da buna imkan verməməli və artıq 10 noyabr Bəyannaməsinin bəndlərinin yerinə yetirlməsini tələb etməlidir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağın statusu məsələsinə toxunmur. Çünki yaxşı bilir ki, onun bu məsələni qabartması, ölkəsinin blokadada qalmasına gətirib çıxaracaq. Ermənistan təhlükəsizlik katibi A.Qriqoryan Qarabağın statusunun hökumətin işində vacib olacağını qeyd etsədə, N.Paşinyanın buna gedəcəyi gözlənilmir”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan əhalisi N.Paşinyana ona görə səs verib ki, Qarabağ məsələsini qabartmasın və artıq Qarbağ Ermənistan əhalisi üçün vacib məsələ deyil.

“Vacib məsləsə olsaydı, R.Koçaryana səs verərdilər. Ona görə də N.Paşinyan Qarabağ məsələsini qabartsa, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmasa, R.Koçaryanın mövqeləri güclənəcək və nəticədə xalq N.Pşainyanı hakimiyyətdən devirəcək. N.Paşinyana ona görə səs verdilər ki, ölkəni blokadadan çıxarsın, savaşın əleyhinə olsun və Azərbaycanla əlaqələri normallaşdırsın.

Regionda yeni nizam formalaşıb. ABŞ və Avropada N.Pşainyanın Qarabağla bağlı pozucu siyasətini qəbul etməz. Bu, Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Ona görə də post-müharibə dövrü Ermənistan üçün şansdır. Azərbaycan da bundan sonra Ermənistanla bağlı siyasətində o halda dəyişiklik edəcək və xüsusilə də diversantları onda qaytaracaq ki, İrəvandan konkret olaraq sülh mesajları verilsin və addımlar atılsın. Azərbaycan diversantları qaytarmamalı və N. Paşinyanın atacağı addımlara adekavat cavab verməlidir”,- deyə o bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »