Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmyerlisini bıçaqlayan şəxs tutulub
Həmyerlisini bıçaqlayan şəxs tutulub

Şəmkir rayonunda həmyerlilər arasında bıçaqlanma hadisəsi olub.

Bizimyol.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.

Məlumata görə, Zəyəm qəsəbə sakini 1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bıçaqla xəsarət yetirib.

Ş.Qurbanov əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »