Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Kuboku: Şahmatçılarımızın ilk rəqibləri bilindi
Dünya Kuboku: Şahmatçılarımızın ilk rəqibləri bilindi

Azərbaycan şahmatçılarının Rusiyanın Soçi şəhərində keçiriləcək Dünya Kubokunda ilk rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, kişilərin yarışında favoritlərdən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov mübarizəyə 1/64 final mərhələsindən başlayacaq. Vasif Durarbəyli isə 1/128 finalda finlandiyalı Dmitri Klyarovla üz-üzə gələcək.

Qadınlar şahmatçılar isə 1/64 finaldan başlayaraq mübarizə aparacaqlar. Bu mərhələdə Türkan Məmmədyarova Lisandro Teresa Ordas Valdes (Kuba), Gülnar Məmmədova Narva Mai (Estoniya), Ülviyyə Fətəliyeva Padmini Routla (Hindistan) qarşılaşacaq. Günay Məmmədzadə isə ilk görüşünü 1/32 finalda keçirəcək.

Şahmat üzrə Dünya Kuboku

Kişilər

1/128 final

Vasif Durarbəyli - Dmitri Klyarov (Finlandiya)

Qadınlar

1/64 final

Türkan Məmmədyarova - Lisandro Teresa Ordas Valdes (Kuba)

Gülnar Məmmədova - Narva Mai (Estoniya)

Ülviyyə Fətəliyeva - Padmini Rout (Hindistan)

Qeyd edək ki, iyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.

Son xəbərlər
Bütün xəbərlər »