Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
Antalya, Türkiyə

İki aydan çoxdur Rusiya Türkiyə ilə hava əlaqəsini kəsmişdi. Kreml Ankaradan Kiyevlə yaxınlaşmana görə küsmüşdü. İyunun 22-dən Türkiyəyə Rusiyadan təyyarə reysləri bərpa olunub. Şimal dövlətində uçuşların sayı birdən-birə 45 faiz artıb.

Bizimyol.info xəbər verir ki, hava əlaqəsi rusların Türkiyəyə növbəti turizm yürüşü ilə müşayiət olunur. Qardaş ölkənin hava limanlarında gözə dəyən əksər turistlər Rusiya vətəndaşlarıdır. Sanki ruslar bu günü böyük səbirsizliklə gözləyirmiş.

Türkiyə mətbuatında yazılanlardan belə anlaşılır ki, Rusiya vətəndaşları daha çox Antalyaya üz tutur. Bu üzdən şəhər hava limanının ikinci terminalı da açılıb.

İyunun 22-si səhər saat 05.40-da müəyyən fasilədən sonra Moskvadan gələn təyyarə Antalyada yerə enib. “Türk hava yolları”nın təyyarəsində yer almış 132 turistin hamısı səyahətə gələnlər olub. Onlardan təkcə PCR testinin neqativ nəticəsi istənilib.

Antalyaya hələlik hər gün 20 minə qədər turistin gələcəyi gözlənilir. Ümumilikdə mövsüm ərzində 5 milyon nəfərə yaxın Rusiya vətəndaşının istirahət üçün Türkiyəyə üz tutacağı ehtimal edilir.

Antalya hava limanının baş müdiri Deniz Varol Rusiyanın 10 şəhərindən təyyarə uçuşu qəbul etməyə başladıqlarını deyib. Hava əlaqəsinin bərpasından sonra ilk gündə şimal dövlətindən 40 təyyarə, təxminən 10 min turist qəbul olunub. Varolun fikrincə, rəqəmlər getdikcə artacaq.

Hava limanının baş müdiri bildirib ki, Antalyada gündə 50 min turist qəbul etdikləri vaxtlar olub. Qlobal böhran mənzərəni kəskin dəyişib. Yazda Rusiyadan turist qəbul etmək mümkün olmayıb. Almaniyadan da yetərincə turist gəlməyib. Ukraynalıların fəallığının artdığı qeyd edilib. Polşa vətəndaşlarının da Türkiyəyə səfərləri çox artıb.

Rusiyanın qadağası Ukraynanı Türkiyəyə turist yollamaq statistikasında birinci yerə çıxarıb. Rusiya ikinci, Almaniya üçüncü, Polşa dördüncü, Belarus beşincidir. Ən az turist gələn ölkə kimi İsveçin adı fərqləndirilib.

2021-ci ildə iyunun 21-nə qədər Antalya hava limanında 12 min 994 təyyarə yerə enib. Gələn qonaqların sayı 1 milyon 828 min 76 nəfər olub.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »