Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 il sonra mağaza sahibinə gələn anonim məktub hamını təsirləndirdi... - Video
8 il sonra mağaza sahibinə gələn anonim məktub hamını təsirləndirdi... - Video

Türkiyənin Antalya şəhərində maraqlı hadisə yaşanıb.Ərzaq tələbatını ödəmək üçün haram yola ələ atmış şəxs tövbə qapısına üz tutub. Amma kimliyini gizli saxlayaraq...

8 il əvvəl mağazadan oğurluq etmiş şəxs borcunu qaytarmaq qərarına gəlib. O, 500 türk lirəsini anonim məktubla market sahibinə yollayıb. Məktubda oğurluğun düşünülməmiş addım olduğu qeyd edilib.

Bizimyol.info xəbər verir ki, hadisə Konyaaltı ilçəsinin Doyran məhəlləsində baş verib. Mağaza sahibi Yakup Uyqun evinin qarşısında üzərində “diqqətlə aç və oxu, Yakup Uyqun” yazılmış kağız bükülüsü görüb. Oxuyanda məsələ məlum olub. 8 il əvvəl mağazadan 150 lirəlik ərzaq oğurlamış şəxs peşman olduğunu yazıb. Həmin adam kağız bükülüsünə 500 lirə də qoyub. O, borcundan belə çıxmaq qərarına gəlib.

15 ildir mağaza işlədən Yakup Uyqun deyir ki, indiyə qədər burada çox oğurluq olub. Gətirib tərəzinin altına pul qoyanlarla da rastlaşıb.

“Kimdirsə, dəliqanlı adamdır. Onu tanımaq istərdim. Üzülməsin, mənə çox maraqlıdır. Onun alnından öpəcəyəm. Mən haqqımı halal edirəm. Verməyinə ehtiyac yox idi, deməyi yetərdi”.

65 yaşlı mağaza sahibi hadisədən çox təsirləndiyini bildirib. Onun sözlərinə görə, oğurluq etmiş şəxs həmin addımı atarkən uşaq olduğunu yazıb. Yakup Uyqun peşman olmuş adamın mağazadan ərzağı yeniyetməlik dövründə götürdüyünü ehtimal edir.

“Heç belə hadisəni xatırlamıram. Ola bilər ki, ərzağı zaman-zaman, bir neçə dəfəyə götürüb. Sonra ümumi dəyərini hesablayıb. İllərin keçdiyini nəzərə alıb. Ona görə həmin dövrdəki dəyərindən daha çox pul qoyub. Biz ərzaq götürüldüyündən xəbərsiz olmuşuq”.

Sosial şəbəkələrin Türkiyə seqmentində isə mağaza sahibi çox qınanılıb. İstifadəçilər hesab edir ki, Yakup Uyqunun həmin adamla görüşünə ehtiyac yoxdur. Çünki hərəkətindən çox peşmandır, görüş də ona pis təsir edəcək. Yəni utanc hissini kənara qoya bilsəydi, özü üzbəüz söhbətə üstünlük verərdi. Ümumiyyətlə, anonim məktub ideyası çox bəyənilib. Həmin şəxsin götürdüyü ərzaqların dəyərindən xeyli çox ödəməsi yüksək qiymətləndirilib.

Son xəbərlər
Bütün xəbərlər »