Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən bahalı şəhərlərin reytinqi açıqlanıb: Yoxsul ölkələrin bahalı şəhərləri
Ən bahalı şəhərlərin reytinqi açıqlanıb: Yoxsul ölkələrin bahalı şəhərləri

Türkmənistan paytaxtı Aşqabad xarici işçilər üçün ən bahalı şəhər statusunu qazanıb. O bu siyahıda Honkonqu qabaqlamağı bacarıb. Aşqabad yüksək yerli inflyasiya səbəbi ilə birinci pillyə layiq görülüb. “Mercer 2021” reytinqində əvvəllər 45-ci yeri tutmuş Beyrut bu siyahıda 3-cü yerə çıxıb. Səbəb kimi ciddi və geniş iqtisadi depressiya göstərilib.

Mercer Francenin məlumatına görə, Türkmənistan tamamilə qaz ixracından asılı vəziyyətdədir və bütün gücü ilə qlobal azalmadan enerji daşıyıcıları vasitəsilə xilas olmağa çalışır. May ayında hökumət Aşqabadın genişmiqyaslı genişləndirilməsi işlərinə başlayıb, Qurbanqulu Berdımuhəmmədov paytaxtı dünyanın ən gözəl şəhərinə çevirəcəyini deyib.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdımuhəmmədov

Bununla belə, hələ dünyanın ən gözəl şəhəri olmadan bahalı yaşam xərclərinə görə Aşqabad Honkonq və Tokionu qabaqlayıb. Bu siyahıda Sürix 5-ci, Cenevrə 8-ci, Bern 10-cu yeri tutub. Şanxay 6-cı, Pekin 9-cu sırada yer alıb. Siyahıda ilk onluqda yer almış Sinqapur 7-ci pillədə qərarlaşıb. Honkonq 2-ci, Tokio 4-cü yerdədir.

ABŞ şəhərləri isə dünyanın ən bahalı şəhərləri reytinqində geriləyiblər. Buna səbəb inflyasiyanın artımına baxmayaraq valyuta kurslarının əsnəkliyidir. Nyu- York 8 pillə geriləyərək 14-cü yerə düşüb. Dünyanın ən ucuz şəhəri isə Qırğızıstanın Bişkek şəhəri hesab olunub.

Bu reytinqdə Bakı barədə məlumat verilməsə də, qeyd edək ki, ötən il tərtib edilmiş dünyanın ən bahalı şəhərlərinin siyahısında (“Numbeo” bazasının saytında) yaşayış qiymətinin indeksi ilə bağlı yanvar hesabatında 440 şəhər arasında Bakı 390-cı yeri tutmuşdu. Moskva 251-ci, İstanbul 325-ci, Ankara 362-ci, Yerevan 380-ci, Tbilisi 404-cü yeri qazanmışdı. Siyahı yaşayış dəyəri mağaza və restoranlarda olan qiymətlər, nəqliyyat və kommunal xərclər, habelə əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanıb. İlk beşlikdə İsveçrənin Sürix, Bazel, Lozanna, Cenevrə və Bern şəhərləri qərarlaşıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »