Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası: "Yuxuda da görmürəm ki, ürəyim sakitləşsin..." - Foto, Video
Şəhid Əliyev Elman Rakif oğlunun ailəsi

Mingəçevir şəhərini İkinci Qarabağ müharibəsinin qəhrəman şəhəri adlandırmaq olar. Çünki Vətən müharibəsində bu qəhrəman şəhərin 50 nəfərdən çox övladı şəhid olub. Əliyev Elman Rakif oğlu da bu şəhərin şəhid balasıdır.

Bizimyol.info saytının əməkdaşı Mingəçevirdə olub, Elman Əliyevin ailəsi ilə görüşüb. Şəhidin valideynləri övladlarının ölümünə hələ də inanmır. Anası Aygün Əliyeva deyir ki, hər gün səhər Elmanın otağına daxil olur və divara vurulmuş portreti ilə salamlaşır. Sonra yolun üstündə olan Şəhidlər Xiyabanında uyuyan balasına baş çəkir. Məzarı yuyub, çiçəkləri sulayır: “Hər gün gedirəm ziyarətinə, öpüb oxşayıram oğlumu. Mənə elə gəlir ki, bir gün getməsəm, məndən inciyər. Deyər, anam yanımdan keçib işə gedir, məni ziyarət etmir”.

Elman orta məktəbi bitirsə də, ali təhsil ala bilmir. 4 cü sinifdən avarçəkmə idman növü ilə məşğul olan gənc, hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışmağa başlayır. İdmana, hərbiyə marağı olan E. Əliyev daha sonra "N saylı" hərbi hissədə işləyir.

Şəhid Əliyev Elman Rakif oğlu

“Sonuncu dəfə sentyabrın 25-i evə gəldi. 26-sı səhər isə yenidən hərbi hissəyə qayıtdı. 27-si isə onları ön cəbhəyə aparıblar. Sentyabrın 28-də mənə 3 dəfə zəng etmişdi. Səsində narahatlıq vardı. Nə olduğunu soruşanda müharibənin başladığını dedi. Harada olduğunu soruşanda yerini demədi” - deyə anası danışır.

Şəhidin atası Rakif Əliyevin sözlərinə görə, Elman müharibənin qızğın günlərində BTR-lə yaralıları arxaya daşıyırmış. Sonradan ata-ananın Elmanla əlaqəsi kəsilir. Onlar övladlarını axtarmağa başlayır:

“Bir aydan çox Elmanı axtardıq. Sən demə, dostları bilirmiş, balam ölüb. Sonradan onu tapırlar, paltarında yazılmış Əliyev soyadı ilə bizim oğlumuz olduğu ehtimal edilir. Gedib DNK analizi verdik. On gün sonra analiz təsdiqləndi. Oktyabrın 20-si balamıı götürüb evə gəldik, bir gün evdə saxladıq. Yaxşı ki, saxladıq. İndi o 1 gündür bizim təsəllimiz. Sonra dəfn etdik”.

Şəhid Əliyev Elman Rakif oğlunun məzarı

Evin 3-cü övladı olan Elman 2019-cu ildə nişanlanıbmış. Ailə həyatı qurmaq arzusunda olan gənc aldığı əmək haqqları ilə özünə ev də tikdiribmiş. Anası danışır ki, Elman və gələndə eyvanda dayanar, ətrafı seyr edib, deyərmiş ki, “ana bura nə qədər gözəldir”. İndi isə həmin eyvanda ana dayanıb həsrətlə yollara boylanır.

“Bir arzumuz var. Küçəmiz Niyazi adınadır. Burada 5-10 ailə yaşayır. Nə olar küçəyə Elmanın adını verələr, fotosunu vuralar. Bəlkə bu bizim yanğımızı bir az azaldar”- deyə atası əlavə edir.

Sağollaşıb, çıxıram. Aygün ana şəhid balasından mənə şikayət edir. Deyir ki, yuxularına da gəlmir Elman: “Cəmi bircə dəfə yuxuda görmüşəm. Yuxuda da görmürəm ki, ürəyim sakitləşsin”...

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »