Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstə bank sektorumuz: Soyğunçu bank faizləri niyə aşağı salınmır...
Kredit bank

Bank kreditlərinə “yağmursuz gündə əlinə zorla verilən, yağmurlu günlərdə əlindən alınan çətir” deyirlər çox zaman. Yüksək faizlə aldığımız krediti bir gün gecikdirən kimi bankdan xəbərdarlıq gəlir, adın qara siyahıya salınır. Verəndə dost. alanda düşmən olan banklar barədə danışaq.

İndi Bakı küçələrində insan sayından çox olan avtomobillərə bir çoxları kreditlər vasitəsilə sahib olur. Yeni avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə, çoxları xaricdə işlənmiş və istifadə müddətinə görə qadağa qoyulmuş avtomilləri ucuz qiymətə almağa üstünlük verir. Əsasən də ABŞ-da ağır qəza keçirəndən sonra sığorta şirkətlərinin dəyər-dəyməzinə satışa çıxardığı maşınlar Azərbaycana axır...

Avtomobil Dillerləri Assosiasiyası maşın kreditlərinin şərtləri ilə bağlı hökumətə və banklara müraciət edib. Bildirilib ki, kreditlə maşın götürmək çox baha başa gəlir, faiz dərəcəsi çox yüksəkdir. Nağd alışla müqayisədə kreditlə maşın almaq 2 dəfə baha başa gəlir. Avtombil şirkətləri də şərtlərin ağır olduğunu deyirlər. Yaxşı olardı ki, Mərkəzi Bank özəl banklara məcburi tövsiyəsini dayandırsın. Ekspertlər hesab edirlər ki, qaydalar dəyişməsə, gələcəkdə ölkəmiz avtomobil məzarlığına çevriləcək. Çünki xaricdə istifadsinə qadağa qoyulmuş köhnə maşınlar ucuz olduğuna görə ölkəmizə gətirilir. 2021-ci ilin 4 ayında Azərbaycana xaricdən ümumi dəyəi 144 milyon dollar olan 24 min ədəd avtomobil gətirilib ki, onların da çoxu işlənmiş, köhnə avtomobillərdir. Vətəndaş əlindəki 10-15 min manatla Gürcüstandan ölkəmizə köhnəlmiş maşınlar daşıyır. Ekologiyaya da ziyan dəyir, ölkəyə də. Bu valyuta axınınını Gürcüstana yönəltməkdənsə özümüz belə bir maşın bazarı təşkil edə bilmərikmi? Bu sualın cavabı da ayrıca mövzudur.

Məhz buna görə, Avtomobil Dillerləri Assosiasiyası maşın kreditlərinin şərtləri ilə bağlı hökumətə və banklara müraciət edib. Assosiasiyanın sədri Eyyub Əliyev bizimyol.ıinfo-ya bildirib ki, banklar avtomobil kreditini yumşaltmasalar, vəziyyt gərgin olaraq qalacaq.

“İlkin ödəniş avtomobilin dəyərinin 15-20 faizi civarında olsa, kredit müddəti isə 3 ildən 4-5 ilə qaldırılsa, yaxşı olar. Faizlərin yüksək olması həm əhali, həm biznes strukturları üçün yük yaradır. Bu da problemli kreditlərin sayını artırır”,- deyə o qeyd edib.

“Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq normalardan təxminən 3 dəfə çoxdur”. Bu fikirləri bizimyolo.info-ya iqtisadçı Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

“Beynəlxalq qaydalara görə, ümumi kredit portfelinin 3 fazini problemli kreditlərin təşkil etməsi təhlükəli vəziyyətdən xəbər verir. Bizdə problemli kreditlərin həcmi 9 faizə yaxınlaşmaqdadır. Bu faiz dərəcələri ilə bağlı problemlərin davam etməsi ilə əlaqədardır. İstehlakçılar yüksək faizlərə görə kredit götürməyə meylli deyillər , bu da iqtisadi aktivliyə ziyan vurur. Biznes nə qədr çox kredit götürüb nə qədər çox iş quracaqsa, nə qədər çox iş yerləri açacaqsa, bu o dərəcədə faydalıdır. Pandemiya dönəmində dünya ölkələri, xüsusən Qərb faiz dərəcələrini kifayət qədər aşağı çəkdi, hətta sıfıra yaxın faizlə kreditlər verdilər ki, iqtisadi canlanma yaransın. Azərbaycanda uçot dərəcəsi 6 fazidən çoxdur. Banklar öz əməliyyat xərclərini, siğorta xərclərini də alınan kreditin üzərinə qoyduqdan sonra istehlak kreditlrini 20, biznes kreditlərini 14 -18 faizlik dərəcə ilə verirlər. Buna görə Mərkəzi Bankın biznesi stumullaşdırmaq üçün faiz dərəcələrini aşağı salması təklif olunur”,- deyə Natiq Cəfərli bildirib.

Mərkəzi Bank isə deyir ki, 2018-ci ilin əvvəlindən uçot dərəcələrində mərhələlərlə 18 faizdən 6,25 faizə endirimlər edilib. Hələ bu göztərici də dünya ilə müqayisədə xeyli yüksəkdir. Endirilən uçot dərəcələri isə bahalı kreditləri müəyyən edən faktorlardan biridir. Digər amillər kredit riskləri, iqtiadiyyatın durumu depozit faizləri və s. aiddir. Kommersiya banklarının öz fəaliyyətini qanun çərçivəsində müstəqil təyin etmək, faiz dərəcələrini formalaşdırmaq hüquqları var.

Azərbaycan Banklar Assosiasiyası bank sektorunun inkişafına xidmət etməlidir. Məsələ ilə bağlı ona edilən müraciətlər isə cavabsız qalır. Bu yaralı məsələyə münasibət bildirməyən bu qurumun görəsən, hansı vacib işi var və bu susqunluqla hansı inkişafa nail olmaq istəyir?

İlhamə Rəsulova

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »