Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadağalarla dolu icazə: Gizli və ya “ödənişli” toy daha asan idi
Qadağalarla dolu icazə: Gizli və ya “ödənişli” toy daha asan idi

Elimizin toy kimi adət-ənənəsi var. Lakin bir ildən çoxdur ki, bu adət-ənənə artıq tarixə qovuşmuşdu. Bu müddət ərzində kimisi “bir kəllə kənd, üç manat pul, vəssalam” deyib, toysuz, zurna-balabansız evləndi, kimisi polislərlə “siçan-pişik” oynayaraq gizli formada məclislər təşkil etdi, kimisi kiminlə lazımdırsa, “dil tapıb” məhdud sayda qonaqlarla toy elədi, kimisi də “getdiyim toyların pulunu yığmalıyam” deyib toylara icazə veriləcəyi günü gözlədi. Nəyahət, həmin gün gəlib çatdı.

Toy, nişan məclislərinin keçirilirməsinə icazə verildi. Elə buna sevinmişdik ki, xeyli əmmalar ortaya çıxdı. Qoyulan qaydaları dəfələrlə oxuduqdan sonra məlum oldu ki, 50 nəfərə qədər insanın iştirak etdiyi məclislərdə maskadan istidafə məcburidir və restoranda havalandırma sisteminin işləməsi qadağandır. Bu zaman adam fikirlərişir ki, görəsən, bizim toyların əsas anlamı olan yemək yemə məsələsi maska ilə necə olacaq? Yayın cırhacırında 50 nəfərin iştirak etdiyi, havalandırma sisteminin işləmədiyi bağlı məkanda insanların vəziyyəti necə olacaq?

Qaydalara görə, yemək yediyiniz an maskanı çıxara bilərsiniz. Əgər bir masa arxasında maskasız oturduğunuz şəxslərlə oynamaq xəyalına düşsəniz, mütləq və mütləq maska taxmalısınız. 150 nəfərə qədər insanların iştirak edəcəyi məclislərdə isə maskadan istidafə məcburi deyil. Lakin bu məclislərə gələn şəxslər özləri ilə covid və ya immun pasportu gətirməlidirlər.

Qoyulan qaydalardan görünən odur ki, gizli və ya “ödənişli” toy etmək daha asan imiş. Bu şərtlərə nə dərəcədə əməl ediləcəyi, hansı formada tənzimlənəcəyi isə sual altındadır. Bu qaydaların hansı “məntiq qatilləri” tərəfindən tərtib edildiyi isə hamımıza çox maraqlıdır. TƏBİB and içir ki, mənlik deyil. Digərləri isə sualı eşidib qaçırlar.

Həkim Sadiqə Əliyeva isə toyların açılması və müəyyən qadağaların qoyulması ilə bağlı açıqlama verdiyi zaman bildirib ki, növbəti mərhələlərdə başqa yumşaldılmaların da şahidi olacağıq.

Sadiqə Əliyeva Sadiqə Əliyeva

“Toy, nişan məclislərinin keçirilməsinə icazə verilməsi çox sevindirici haldır. 50 nəfərə qədər insanın yığışdığı məclislərdə olan maska qadağası, burada covid pasportunun tələb olunmaması ilə əlaqədardır. Ona görə də, fərdi qoruyucu vasitələrdən, maskalardan istifadə məcburidir. Lakin 150 nəfərə qədər insanların iştirak edəcəyi toy məclislərində covid və ya immun pasportunu təqdim etməklə məclisə buraxılacaqlar. Ona görə də bu məclislərdə iştirak edən insanların maskadan istidafə etməsi məcburi hesab olunmur.

Virus hava, damcı infeksiyasıdır və tənəffüs yolları vasitəsilə yoluxur. Havalandırma sisteminin işləməsi bu infeksiyanın daşınmasını və yoluxduruculuğunu daha da artırır. Bu səbəbdən də havalandırma sistemlərinin işləməsinə qadağa qoyulub.

Vaksinasiya normal intensivlikdə davam edir. Belə davam edərsə, yay fəslinin sonlarına və yaxud payızın əvvəllərində qarşımıza qoyduğumuz hədəflərə çatacağıq. Gördüyümüz kimi pilləli şəkildə yumşaldılmalar başlayıb. Yəqin ki, növbəti mərhələlərdə başqa yumşaldılmaların da şahidi olacağıq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »