Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatala sakininin evindən silah və civə aşkarlanıb
Həbs

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Bizimyol.infon xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə Asif adlı şəxsin narkotik vasitələrin və zəhərli maddə hesab edilən civənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Asif Davudov tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman müxtəlif növ narkotik vasitələr -heroin, tiryək, qurudulmuş marixuana, psixoptop maddə olan metamfetamin, metadon həbləri, elektron tərəzilər, içərisində heroin və tiryək məhlulu olan 8 ədəd şpris, eləcə də qanunsuz olaraq saxladığı qoşalülə ov tüfəngi və ona aid olan 11 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Davam etdirilən tədbirlərlə A.Davudovun evindən zəhərli maddə hesab edilən civə də aşkarlanıb. Araşdırma zamanı onun həmin maddəni satmaq məqsədilə evində saxladığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »