Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub
Moskvada Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü olub

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Bizimyol.info"ya verilən məlumata görə, görüş iyunun 22-də Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Bütün xəbərlər »