Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariya Peyçinoviç: "Ermənistanın mina xəritələrini Azərbaycana verməsi prioritet məsələdir"
Minaaxtaran

"Bu gün ən əsas məsələ Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir".

"Report" xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın yay sessiyası zamanı sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının minalardan təmizlənməsi üçün mina xəritələrinin Azərbaycana verilməsi prioritet məsələdir: "Avropa Şurası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi və erməni əsirlərin qaytarılmasını alqışlayır. Münaqişə uzun müddət davam etdiyindən azad edilmiş ərazidə çoxlu sayda mina mövcuddur. Onlar aşkarlanmayanadək əhalinin geri qaytarılması mümkün olmayacaq. Ermənistan və Azərbaycanı bu işi davam etdirmək üçün dəstəkləməyə hazırıq".

"Avropa Şurası Azərbaycan və Ermənistan arasında baş verən hərbi münaqişədən sonra Bakıya və Yerevana işçi qrupu göndərib. Bu münaqişə ilə məşğul olmaq ATƏT-in Minsk qrupuna həvalə olunub və Avropa Şurası bu məsələdə Minsk qrupunu bundan sonra da dəstəkləyəcək. Avropa Şurası öz növbəsində münaqişədən sonrakı ərəfədə iki ölkə arasında inamın yaranması və gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır" - o qeyd edib.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »