Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar

İkinci Qarabağ müharibəsində Mingəçevir şəhəri 50-yə yaxın şəhid verib. Onlardan biri də İbrahimov Alim Səhrab oğludur.

Alim İbrahimov 26 Dekabr 1993-cü ildə Ucar rayon Qazıqumlaq kəndində anadan olub. Şəhidin ailəsi ilə elə məzarı başında həmsöhbət oluruq. Anası Xatirə xanım deyir ki, oğlu şəhid olandan sonra hər gün azı iki dəfə məzarı başına gəlir. Deyir ki, gözünə yuxu getmir, deyir ki, yemək yeyə bilmir.

Şəhid İbrahimov Alim Səhrab oğlu Şəhid İbrahimov Alim Səhrab oğlu

Gözləri dolur. “ Mən balamı istəyirəm” – deyir...

Atası Səhrab kişi övladı haqqında yana-yana danışır: “Alim Mingəçevir şəhər 4 saylı məktəbdə təhsil almışdı. 2004-2010-cu illərdə Mingəçevir şəhər 2 saylı Bülbül adına musiqi məktəbində qarmon ixtisası üzrə təhsil aldı. Sonra da 2010-cu illdə Milli Konservatoriyanın nəzdindəki musiqi kollecini bitirdi. Musiqiçi idi. Dava-dalaşla işi olmazdı. Sakit təbiətli, zəhmətkeş uşaq idi. Əvvəlcə bir müddət iş tapa bilmədi. Sonradan imtahan verərək Arif Məmmədov adına Göyçay uşaq musiqi məktəbində çalışmağa başladı”.

Şəhid İbrahimov Alim Səhrab oğlu Şəhid İbrahimov Alim Səhrab oğlu

İkinci Vətən Müharibəsi başlayanda sentyabrın 21-də Alim də hərbi təlimlərə qatılır.  “Sonra oğlumuzdan xəbər ala bilmədik. Noyabrın 1-də Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olması xəbərini aldıq. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif edilib” deyə atası danışır.

Şəhid İbrahimov Alim Səhrab oğlu Şəhid İbrahimov Alim Səhrab oğlu

Şəhid ailəsinin bu gün bir problemi var. Şəhid atası Səhrab kişi uzun müddət AzQress adlı müəssisədə rabitə şöbəsində çalışıb. 2018-ci ildə ixtisara düşsə də, yenidən həmin qurumda işlə təmin edilib: “Yaşlı adamam, məni yaşıllaşdırma şöbəsinə işə götürüblər. Bacarmıram. Dəfələrlə işlə bağlı müəssisənin rəhbəri Təhmasib Hüseynova və millət vəkilimiz Aydın Mirzəzadəyə müraciət etmişəm. Mənə deyirlər ki, vakant yer yoxdur. Millət vəkilimiz deyir ki, bu problemin həllində sizə kömək edəcəyəm. Ancaq hələ ki, bizi eşidən yoxdur”.

Şəhid İbrahimov Alim Səhrab oğlu (sağdan birinci) Şəhid İbrahimov Alim Səhrab oğlu (sağdan birinci)

Ata deyir ki, başının qarışması, yanğısının azalması üçün o işləməlidir. İş isə aslan pəncəsində; əli çatmır...

Son xəbərlər
Bütün xəbərlər »