Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə bu gecə yüzlərlə əsgər zəhərləndi – VİDEO
Bu gecə Türk Silahlı Qüvvələrinin 731 əsgəri zəhərlənib.

teleqraf.com xəbər verir ki, hadisə Manisa şəhərində Piyada Təhsil Briqadasında baş verib. Briqadanın əsgərləri gecə yeməyindən az sonra ürək bulanması və qusma diaqnozu ilə təcili xəstəxanalara aparılıb.

Hadisədən dərhal sonra Türk Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı Saleh Ağıllı Çolaq və Müdafiə Naziri Fikri İşıq hadisə yerinə gəlib.

Müdafiə naziri Fikri İşıq əsgərlərin həyatına təhlükə olmadığını bildirib və əlavə edib ki, əsgərləri yeməklə təmin edən şirkətlə müqavilə ləğv edilib.

Ən sonda isə bəlli olub ki, hüquq-mühafizə orqanları Piyada Təhsil Briqadasını yeməklə təmin edən şirkətin 21 əməkdaşını həbs edib.

Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
Son xəbərlər
Bütün xəbərlər »