Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda “rus pasportları” söhbəti niyə yenidən ortaya atılıb...
Xankəndi

“Son günlər Rusiyaya yaxınlığı ilə tanınan Ermənistan mediasına məxsus bəzi xəbər portalları və agentlikləri bir məsələni qabartmağa başlayıb ki, bu da diqqətdən kənarda qala bilməz. Təbii ki, qabardılan məsələ Dağlıq Qarabağ ərazisində erməni əhaliyə Rusiya pasportlarının paylanması məsələsidir”.

Bu fikirləri siyasi şərhçi Samir Humbətov bildirib. Onun sözlərinə görə, düşmən ölkənin mediasında qaldırılmış və zaman-zaman Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməyə çalışılan bu məsələ diqqətdən kənarda qalmamalıdır.

Samir Hümbətov Samir Hümbətov

“Sözsüz ki, Azərbaycan nə Gürcüstan, nə Ukrayna, nə də Moldova deyil. Azərbaycan həm regionda, həm də dünyada yetərincə nüfuz qazanmış ölkədir. Eyni zamanda Azərbaycanın həm nəqliyyat-kommunikasiya, həm də neft və qaz kimi təbii sərvətlərə malik olması onun daima diqqət mərkəzində olmasına imkan yaradır.

Son dövrlər qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sıx və dərin şəkildə inkişaf etdirilməsi Azərbaycanı sözügedən digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri kimi qəbul edilə bilər.

Ermənistan və Azərbaycan arasında baş tutan 44 günlük əməliyyatların ardından Rusiya "sülhməramlıları" 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli formatda imzalanmış atəşkəs bəyannamənin müvafiq bəndlərinə uyğun olaraq fəaliyyət göstərir - beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan Qarabağın müəyyən hissəsində. Nəzərə almalıdırlar ki, bu fəaliyyətin müddəti 5 il nəzərdə tutulub. Yəni müddət başa çatana 6 ay qalmış Azərbaycan istəməsə, "sülhməramlılar" təyin edilmiş ərazini tərk edəcək”.

Qaldı ki, Rusiyanın Dağlıq Qarabağ ərazisində yaşayan əhaliyə rus pasportlarını paylamasına, bu məsələyə inandırıcı hal kimi yanaşmaq istəmirəm. Əgər belə hal baş verərsə, bunun Rusiya üçün bəzi xoşagəlməz nəticələri yarana bilər ki, düşünürəm bunu Rusiya mərkəzi hökuməti qəbul etmək istəməz.

Siyasi şərhçinin sözlərinə görə, birincisi Rusiya sözügedən addımı atmaq istərsə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tamamilə korlanmasına səbəb olar ki, bu da Rusiyanı həm Yaxın Şərqdən, həm də Cənubi Qafqazdan qısa müddətdə çəkilməsinə şərait yarada bilər.

İkincisi, Rusiya özünü bir daha dünya arenasında açıq aqressor kimi göstərəcək ki, bu da ona qarşı ciddi sanksiyaların tətbiq olmasına səbəb ola bilər. Nəticədə ağır duruma gələn Rusiya iqtisadiyyatı daha da ağırlaşa bilər.

Üçüncüsü, Rusiyaya qarşı inamsızlığın təkcə Cənubi Qafqaz və Yaxın Şərqdə deyil, eyni zamanda Mərkəzi Asiyada da formalaşmasına gətirə bilər ki, orada mövcud olan və Rusiya ilə KTMT-də fəaliyyət göstərən dövlətlərin həm KTMT, həm də Gömrük Birliyindən çıxmasına səbəb ola bilər. Bu hal isə Rusiyanın Mərkəzi Asiya planlarını sıradan çıxarmış olar.

Hesab edirəm ki, Rusiya belə düşünülməmiş addım atmaz. Bu gün həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün vacib əhəmiyyətə malik ölkələrdəndir”,- deyə bildirir.

Leyla Mirzə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »