Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
Zəngəzurun Mehri şəhəri

Çinin yatırdığı 300 milyard Türk Birliyinin yaranması prosesinə təsirsiz ötüşməyəcək.

“Çinlə Rusiya arasında regional maraqların kəskin şəkildə toqquşduğu bölgənin Mərkəzi Asiya olduğunu nəzərə alsaq, ABŞ-ın artan təzyiqləri və Çinin həmin bölgəyə son 10 ildə yatırdığı 300 milyarddan çox vəsait fonunda deyə bilərik ki, bu rəqabət Türk Birliyinin yaranması prosesinə təsirsiz ötüşməyəcək. Lakin prosesləri indi şovinist rejimlər deyil, bütün düşmənlərə qarşı nəinki özünün, hətta dost dövlətlərin də milli təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edən Türkiyə və Azərbaycanın müzəffər ordusunun yaratdığı mövcud geosiyasi və iqtisadi reallıqlar diqtə edir”.

Bu fikirləri bizimyol.info-ya Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli  səsləndirib.

Anar Əsədli Anar Əsədli

“Son onillikdə rəsmi Pekin Avropaya nəqliyyat yolları çəkir. Bu yollardan biri Qazaxıstandan - Xəzər dənizindən Azərbaycana, Gürcüstan, Türkiyə və nəticədə Avropaya uzanır. Azərbaycanla materik hissəsi olan Naxçıvan arasında Zəngəzur ərazisindən keçən dəhliz rəsmi Pekinə Cənubi Qafqazdan Avropaya daha bir marşrut da əlavə edəcək, bundan əlavə Gürcüstan ərazisindən keçəcək. Rusiya sərhədçiləri Ermənistanın cənubundan keçən yol boyunca tranzit təhlükəsizliyinə zəmanət verəcəklər. Rəsmi Pekinin nöqteyi-nəzərindən bu, yükün daha yaxşı qorunmasına kömək edəcək. Kəmər və Yolun əsas qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirmək istəyən Azərbaycan həm də özünü, Çinin İpək Yolu təşəbbüsünü tamamlayaraq, Frankfurt və Mumbaydakı məntəqələrini birləşdirəcək trans-Avrasiya telekommunikasiya dəhlizinin mərkəzi kimi görür. Yəni Çin atəşkəs razılaşmasının "qaliblərindən" biri ola bilər”,- deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Çin Şərq-Qərb dəhlizinin perspektivləri barədə vacib danışıqlar zamanı "Bir kəmər və bir yol" üçün yeni bir marşrut və İran üzərində əlavə təsir gücünü qazanır.

“Zəngəzur dəhlizinin açılması sanksiyalar məngənəsində sıxılan İran üçün, bir tərəfdən onun çökən iqtisadiyyatının dirçəlməsinə iri sərmayələr qoyacaq Çinin gəlişidirərsə, digər tərəfdən Naxçıvan yüklərinin İrandan yan keçməsidir. Çünki Azərbaycan onilliklər ərzində İran büdcəsinə külli miqdarda rüsum ödəyir. Eyni zamanda, ərazisində 38 milyon Güney Azərbaycan türkünün yaşadığı İran "Turan qapısı"nın açılmasını heç istəmir. Rəsmi Pekinin bu layihələri Rusiyadan yan keçərək icra etməsi Moskvanın region maraqlarına zərbə vurmamış deyil. Digər tərəfdən isə ABŞ-ın Çini əsas rəqib olaraq görməsi və vahid düşmənə qarşı birgə mübarizə strategiyasını pozmaq üçün Rusiyanın Çinlə birləşməsinin şahidi oluruq. Bu ilin mart ayının əvvəllərində ABŞ milli təhlükəsizliyə dair hesabat hazırlayarkən, Çin yeganə rəqib adlandırılır, Rusiyaya isə dünyada destruktiv rol oynayan və qlobal təsirini artırmağa çalışan regional aktor kimi baxılır. Yəni Çinin kifayət qədər ciddi iqtisadi potensiala malik olması və bəzi göstəricilərinə görə bütün dünyanı geridə qoyan beynəlxalq iqtisadi aktor kimi rəsmi Vaşinqtonun əsl başağrısına çevrilməsi hər iki supergüc dövləti birləşdirən əsas faktordur. Əslində isə Rusiya Çinə sadəcə, satış bazarı kimi baxır və borclu olduğu 90 milyard dollarlıq vəsaiti ödəmək yaxın zaman ərzində real görünmədiyi üçün müttəfiqliyin uzun müddət davam edəcəyi şübhəsizdir.

Bu müttəfiqliyin regiona yaradacağı təhlükəyə gəlincə, deyə bilərik ki, bu müttəfiqlikdən zərər çəkən tərəf yalnız ABŞ və Mərkəzi Asiya maraqlarıdır. Çinlə Rusiya arasında regional maraqların kəskin şəkildə toqquşduğu bölgənin Mərkəzi Asiya olduğunu nəzərə alsaq, ABŞ-ın artan təzyiqləri və Çinin həmin bölgəyə son 10 ildə yatırdığı 300 milyarddan çox vəsait fonunda deyə bilərik ki, bu rəqabət Türk Birliyinin yaranması prosesinə təsirsiz ötüşməyəcək. Lakin prosesləri indi şovinist rejimlər deyil, bütün düşmənlərə qarşı nəinki özünün, hətta dost dövlətlərin də milli təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edən Türkiyə və Azərbaycanın müzəffər ordusunun yaratdığı mövcud geosiyasi və iqtisadi reallıqlar diqtə edir. O regionda da diktə edən dövlətin Türkiyə olduğunu, üstəlik, Doğu Türküstanla qonşuluqda yerləşən Əfqanıstanda Türkiyə hərbi bazasının yerləşdirilməsini nəzərə alsaq, təhlükəni minimalizə edəcəyini ehtimal edə bilərik. Ümumən isə beynəlxalq qüvvələrin tarazlığı hansı istiqamətdə pozulursa, pozulsun, saat bizim xeyrimizə işləyir”,- deyə Anar Əsədli bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »