Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
"İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat

Bakı şəhəri ildən-ilə gözəlləşir. Bunu həm yerli sakinlər deyir, həm də xarici qonaqlar.  Amma son illər Bakı həm mədəniyyətin, həm də mədəniyyətsizliyin paytaxtına çevrilib”.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa səsləndirib.

Fazil Mustafa Fazil Mustafa

O qeyd edib ki, son illər tikilən binalar bir – birinə o qədər sıx yerləşdirilib ki, hansısa birində yanğın və digər problemlər olarsa, mütləq o biri binalar da ziyan çəkir.

“Yasamalda dünən gecə baş verən yanğın zamanı yanğınsöndürən maşın  həyətə daxil ola bilməyib. Mədəniyyət yalnız səliqəli görkəm deyil, həm də təhlükəsizlik deməkdir.  Kimlərinsə cibi dolacaq deyə insanların həyatını belə riskə atmaq olmaz. Bina tikilərkən iş adamından o qədər rüşvət alırlar ki, o da özünün itkilərini kompensasiya etmək üçün müəyyən tədbirlər görür. Cəmiyyət olaraq hamımız rüşvətin iştirakçısına çevrilirik. Kimiləri rüşvəti verməyə məcbur olur, kimiləri də almağa”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »